Ana səhifə

Əhl-i Sünnə nədir? Əhl-i Beyt nədir? Hz. Peyğəmbər`in nəvələri əhli -sünnə ola bilərmi ? Əhl-i beyt Əhl-i sünnə yolunda deyilmiydi?


YazdırSend to friend

İslam`a bağlı olmaqla bərabər , çox fərqli yönləri olan seqmentlər baxımından nəzər edildiyində, ümumiyyətlə fərqli iki ayrı zehniyyət söz mövzusudur. Bunlardan birincisi. Əhl-i sünnə və camaat , ikincisi : Əhl-i bid`a olanlardır. Əhli -sünnə və camaat , hədis - i şərifdə "Mənim və əshabımın üzərində olduğu xətti təqib edənlər" olaraq təyin olunmuşdur. ( Mecmauz' - zevaid , 1/ 189 ). Bu səbəbdən bu etiqada bağlı olmayanlar bidət əhli sayılır. Bunlar 72 firqədir. Mötəzilə , Cehmiyə , Qədəriyə , Şiə və bənzərləri bu qismə daxildir.

Əhli -sünnə və camaatın öz arasında iki ayrı etiqadı məzhəbləri var: Əşarî  və Maturidî  . Bunların təməl əsaslara aid xüsuslarda çox da fərqləri yoxdur. Detallarda bəzi nüanslar var. Bu səbəblə ikisi də eyni bölməni təmsil edir.

Qur`an və Sünnə xətti üzərində olduğumuzun sənədi isə , əhli - sünnə və`l -camaat deyilən məzhəb alimlərinin təqib etdiyi yoldur. Bilindiyi üzrə , hər biri parlaq bir ulduz kimi parlayan alimləri özündə ehtiva edən bu böyük camaat , daha əvvəl 12 məzhəbdən meydana gəlirdi. Sonra 4`də qərar etdi. Bu qədər böyük alimlərdən ibarət olan bir məktəbin - toplu olaraq - səhv etmə ehtimalı çox azdır. Necə ki bir hədisdə peyğəmbərimiz"Ümmətim, dəlalət üzərində birləşməz" buyurmuşdur. (Məcmauz' - zəvaid , 5/ 208 ). Və İslam alimləri , əhli -sünnə və camaatın doğru bir cizgidə olduğuna dəlil olaraq bu hədisi zikr edərlər. (Daha ətraflı məlumat üçün bax.Əbu Davud , Sünnə , 1; Tirmizi , İman , 18; İbn Macə , Fitən , 17; İbn Hənbəl , 2/ 332 )

Bunu da unutmayaq ki , ümmətin böyük əksəriyyətini təşkil edən , ən böyük dahi alimləri içinə alan , Qur`an və Sünnə xəttini yol xəritəsi olaraq mənimsəyən əhli-sünnətin xəttini təqib etmək , - deyim yerində isə - marjinal(kənarlara, qıraq-bucağa yazılmış) qrupların arasına girib özünü riskə atmaqdan çox daha məntiqli bir yoldur. Böyük caddə dayanarkən ,təcrid olunmuş,ayrılmış yollara sapmanın bir mənası yoxdur.

Əhl-i Beyt , Hz. Peyğəmbərin(aleyhissalâtu vəssəlâm ) Hz. Fatimə(Allah ondan razı olsun)`dən doğan nəslinin adıdır.

Əhl-i Beyti əhli -sünnə xaricində təsəvvür etmək , üzərində düşünülməsi lazım olan bir cəhalət zirvəsidir.

Çünki Əhl-i Beytin başında Hz. Ali və Hz. Fatimə gəlir(Allah onlardan razı olsun). Əhli -Sünnə, Hz. Peyğəmbərin yolunu təqib etmək mənasını gəldiyinə görə; görəsən , əgər Hz. Peyğəmbər`in ən yaxını olan və ən çox sevdiyi kimsələr olan bu mübarək iki şəxs əhli -sünnədən deyilsə , başqa kim əhli -sünnədən ola bilər?

Əhl-i beytdən olan on iki imamın hər biri öz dövründə çox böyük hörmət görmüş məşhur alimlərdir.

Hz. Ali (radıyallahu anh )`dan sonra əhl-i beytin imamları Hz. Həsən və Hz. Hüseyn`dir (Allah onlardan razı olsun) . Cənnətin əfəndiləri və Rəsulullah`ın qoxladığı iki gülü olan bu iki zatın , əhli -sünnədən olmadığını , yəni Hz. Peyğəmbər və səhabələrinin üzərində olduğu cizginin xaricində olduğunu söyləmək mümkün olmadığı kimi heç bir müsəlman da belə bir iddiada olmaz.

- Hz. Həsən və Hz. Hüseyn`dən sonra gələn əhl-i beytin baş imamı Zeynəlabidin'dir . Hz. Hüseyn`in oğlu olan bu zatın əsl adı babasının adıdır ; ALİ`dir. Lakin elm, irfanla qalmayıb ibadət və vəlayətiylə ən yüksək məqama çatdığı üçün dövrün alimləri ona ZEYNƏLÂBİDİN ( İbadət edənlərin bəzəyi , gülü) adını vermişlər. Gecə - gündüzləri - hər gün - min rükət nafilə namaz qılmaqla şöhrət tapması ( bax. İbn Həcər , Tahzib , 7 / 304 ) bu ada nə qədər layiq olduğunun göstəricisidir. Başda muhaddislərin(hədis elmi ilə məşğul olan) müəllimi İmam Zührî olmaq üzrə , əhli -sünnə alimlərinin Zeynəlabidin həzrətlərindən necə hədis rəvayət etdiklərini , onu necə övdüklerini görmək üçün qaynaqlara baxmaq yetərli olacaqdır .( bax. İbn Həcər , Tahzib , 7 / 304 ).

- İmam Muhamməd Baqir ZEYNELABİDİN'in oğludur. Elm , irfan və təqvasıyla şöhrət salmış bir əhli-beyt imamıdır. İshaq əs-səbuî, Zuhrî, İbn Ata, Əvzaî, İbn Cürəc, Məkhul  kimi əhli -sünnə alimlərinin ulduzlarından olanların , ondan hədis rəvayət etmələri, İbn Sad, Nəsaî, Iclî kimi muhaddislərin onu övgüylə anmaları (İbn Həcər , age , 9 /350 -352 ) , başqalarının sözlərini heçə endirir.

- İmam Muhamməd Baqir’in oğlu İmam Cəfər - i sadiq sədaqətiylə maruf və məşhurdur. Əhli -sünnə imamlarından İmam - ı Azam Əbu Hanifə`nin ona tələbə olması , ondan hədis rəvayət etməsi və İmam - ı Malik`in "Mən bəzi zamanlar onu ziyarət edərdim , hər dəfə , ya namaz qılır , ya oruclu olur , yaxud da Qur`an oxuyur olduğunu görərdim. Onun dəstəmazsız hədis rəvayət etdiyini heç görmədim " deyərək sədaqətinə və təqvasına şahidlik etməsi bu mübarək zatın Əhl-i Sünnədən olduğunu günəş kimi göstərmirmi? (alimlərin onun haqqındakı təriflərini görmək üçün bax. İbn Həcər ,a.g.e ,2/103-105 )

İndi, dövrün alim və evliyalarının hörmət duyduğu bu möhtərəm zatə, babası olan Hz. Peyğəmbər`in(sallallahu alehyi və səlləm)yolunda gitmemekle günahlandırmaq cinnət deyil də nədir?

Başda İmam - ı Azamİmam - ı Şafi olmaq üzrə dörd məzhəb imamı və digər bir çox əhli -sünnə alimi Əhli-Beytə olan hörmət və sevgilərindən ötəri ŞIƏ olmaqla günahlandırılmış və dövrün bəzi dövlət rəsmiləri tərəfindən işgəncəyə məruz qalmışlar. Hətta İmam Şafii bu zülmlərə qarşı hayqırmış və " əgər əhli - beyti sevmək rafizilik ( Şiələrin aşırı,ifrata gedən bir qolu ) isə , bütün ins və cin şahid olsun ki, mən rafiziyim " deyərək Əhl-i Beytə qarşı eşqini elan etmişdir. Görəsən tarix boyunca əhli-sünnətin  təmsilçiliyini etmiş olan dörd məzhəb imamlarının bu şahidliklərini istinadgah etməyən və - Xaricilik - Vahhabilik damarıyla - əhli-beyt haqqındakı safsatalarınımı (boş,təməlsiz,əsilsiz olan söz) istinadgah edəcəyik ..!

Xülasə olaraq , Əhli -beyt imamları Əhli -Sünnə və camaatdandır . "Əhli-beyt" ünvanı onlar üçün bir əskiklik deyil , ayaqlarını göylərə basdıracaq bir dərəcədir. Bunların bəzi mövzularda fərqli içtihadları(düşüncələri) da ola bilər. Necə ki dörd məzhəb imamlarının da fərqli-fərqli ictihadları vardır.

Təəssüflə qeyd edək ki , Əhli-beyti tərəfdar olan bir qisim şiə qrupları , onlardan etdikləri rəvayətlərində onlara böhtan edib səhv şeylər yazdıqları üçün əhli -sünnə alimləri ( o imamlardan ötəri deyil) , onlardan rəvayət etdikləri hədisləri , xəbərləri ehtiyatla qarşılamışlar . Bəziləri də Əməvilik , Xaricilik zehniyyətiylə hərəkət etdikləri üçün Əhl-i bəyt imamları haqqında səhv şərhlər və mühakimələr ortaya qoyaraq onları saf -xarici buraxmaq kimi xain bir məqsəd güdmüşlər.

O zehniyyət təəssüf ki, günümüzdə də bəzi talehsiz kəslərdə davam etməkdədir. Halbuki , Hz. Ömər`ə qarşı bəslədikləri kinlərini Hz. Ali`yə sevgi şəklində əks etdirən bir qisim Şiələrin bu davranışları nə qədər səhv isə , Hz. Ali və Əhli -Beytə qarşı sevgi duyan Şiələrə qarşı bəslədikləri kinlərini Əhli-sünnəyə bağlılıq şəklində ortaya qoyanlar da o qədər səhv bir yoldadır ..

Rəbbimiz biz doğru yoldan ayırmasın .. AMİN !



10-05-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz