Ana səhifə

Əhli Kitab Nə Deməkdir?


YazdırSend to friend

Yəhudi, Xristian kimi səmavi din mənsublarına "Əhli Kitab" deyilir. Qurani Kərimdə əhli kitabdan çox bəhslər vardır. Əhli Kitab, Peyğəmbərimizi (s.ə.v.) qəbul etmədiklərindən "kafir" sayılmaqla birlikdə, "Allahı inkar edən" mənasında kafir deyildirlər.

 

Qurani Kərim, əhli Kitaba bəzi mövzularda, kafirlərə nisbətlə imkan verir. Məsələn, onlardan qız almaq caizdir və kəsdiklərini yemək halaldır (Maidə surəsi, 5) Onlara verilən imkan, əhli küfrə nisbətlə, imana daha yaxın olmalarındandır. Quran, onlara belə səslənər:

 

"Ey əhli Kitab ! Bizimlə sizin aranızdakı müştərək bir sözə gəlin ! Ancaq Allaha ibadət edək. Heç bir şeyi Ona ortaq qoşmayaq. Allahı buraxıb bəziniz bəzinizi Rəbb etməyin." (Al-İmran surəsi, 64) Yəni, bir-birimizi Rəbb, Mövla, Hakimi mütləq etməyək. Bütün hərəkətlərimizi Haqqın əmriylə və Allahın razılığıyla ölçək... Hamımız Allaha qul olaq. Özümüzü ancaq Ona məhkum edək. Bir-birimizə də ancaq bu qayda çərçivəsində bağlı olaq. (1)

 

Quran, əhli Kitabın öz alim və ruhanilərlərini, Rəbb etdiklərini bildirər. (Tövbə surəsi, 31) Xristianlıqdan İslama keçən Adiy b. Xatəm, "Ya Rəsulullah, biz onları Rəbb etmirdik" deyincə Rəsulullah (s.ə.v.), bu şərhi edər:

 

"Onlar, Allahın halal etdiyini haram, haram etdiyini halal edir, siz də onlara tabe olurdunuz. Bu, onları Rəbb etməkdir." (2)

 

Yoxsa, hər hansı birini Rəbb etmək üçün mütləq ona "Rəbb" adını vermək şərt deyil. (3)

 

Bu ayə, əhli kitabla mübarizədə izləniləcək yolu ifadə edər:

 

"Onlardan zalım olanlar xaricində, əhli kitabla ən gözəl bir şəkildə mübarizə edin. Və belə deyin: Biz, həm bizə endirilənə, həm də sizə endirilənə iman etdik. Bizim də, sizin də İlahımız birdir. Və biz, tək Ona təslim olmuş kəslərik." (Ənkəbut surəsi, 46)

 

Bu ayədə, əhli kitab, iki qisimdə mütaala edilməkdədir:

1. Zalım olanlar.

2. İnsaflı olanlar.

 

İnsaflı olanlarla ən gözəl bir şəkildə mübarizə edilməsi əmr edilər. Bu tərz yanaşma, onları İslama çəkəcək, İslama girməkdə çətinlik edilməyəcəklər. Çünki, İslama girdikləri zaman Hz. Musa (ə.s.)-ı, Hz. İsa (ə.s.)-ı rədd etmələri lazım deyil... Beləcə, son peyğəmbərin dininə uyğun gələcəklər və təhrif edilmiş bir dinin mənsubu olmaqdan xilas olacaqlar.

 

Qurani Kərim, Xristianların Yəhudilərə nisbətlə İslama daha yaxın olduğunu bildirər:

 

"Yəhudi və müşrikləri möminlərə ən çox düşmənlik edən kəslər olaraq görəcəksən. ‘Biz xristianıq' deyənləri də, möminlərə sevgidə ən yaxın kəslər olaraq görəcəksən. Çünki, onların içində keşişlər və ruhanilərlər var və bir də onlar böyüklənməzlər." (Maidə surəsi, 82)

 

Tarix, üstdəki ayənin bir isbatıdır. Yəhudilərdən İslama girənlər barmaqla göstəriləcək qədər azdır. Lakin Xristianlardan bir çox kimsə, araşdırmaları nəticəsində İslamı seçmişlər. Bu gün Avropada Xristian əslli Müsəlmanların sayı, yüz minləri keçməkdədir. Yenə Avropada bir çox kilsə, məscid halına gətirilmiş və bunlar İslami fəaliyyət mərkəzləri olaraq xidmət etməkdədirlər.

 

Xristian ölkələrdə İslami fəaliyyətlərin gözəl nəticələri gözlə görülən bir reallıq olduğu kimi, bu ölkələrin idarəçilərinin İslam əleyhində tutumları da yenə bir reallıqdır.

 

İnsaflı əhli Kitabla ən gözəl bir mübarizəni əmr edən Cənabı Haqq, bu ayə də onların zalım qisimiylə əlaqədar hökmü bildirər:

 

"Əhli Kitabdan Allaha və axirət gününə inanmayan, Allah və Rəsulunun haram etdiklərini haram qəbul etməyən və Haqq dini din olaraq seçməyənlərlə, onlar zəlil vəziyyətdə öz əlləriylə ‘cizyə' verənə qədər döyüşün." (Tövbə surəsi, 29)

 

Ayədə sayılan xüsusiyyətlər, "Bütün əhli kitabı əhatə edir, yoxsa etmir?" məsələsi zaman zaman müzakirə mövzusu olmaqdadır." (4) Ayənin " əhli Kitabın hamısıyla, onlar cizyə verənə qədər döyüşün" deməyib, "əhli kitabdan bu xüsusiyyətdə olanlarla döyüşün." deməsi, hərhalda gözdən uzaq tutulmamalıdır. (5) Rəsulullahın tətbiqi də bu tərzdə olmuşdur. Hz. Peyğəmbər (s.ə.v.), İslamın Məkkə dövründə bəzi Müsəlmanları Xristian bir ölkə olan Həbəşistana göndərmiş, orada rahatlayacaqlarını söyləmişdir. Mədinə dövründə isə, həm Yəhudi həm də Xristianlarla dialoqa girmiş, onlara Allahın dinini izah etmiş, onları razılığa çağırmışdır. Bunun nəticəsində əhli Kitabdan İslama girənlər olmuşdur.

 

Quranın ifadə etdiyi kimi, "əhli Kitabın hamısı bir deyil" (Al-İmran surəsi, 113). Onların hamısını eyni kateqoriyada görmək, Quranı və tarixi reallığa müxalifdir.

 

"Yəhudi və Xristianları dost etməyin. Onlar bir-birinin dostudurlar. İçinizdən kim onları dost etsə, o da onlardandır. Allah zalım birliyə hidayət etməz." (Maidə surəsi, 51) ayəsi, onlarla dialoqa və bəşəri əlaqələrə mane deyil. Necə ki, əhli Kitabdan qız almaq, Quranın hökmüylə sabitdir. (Maidə surəsi, 5).

 

Həmdi Yazar, üstdəki ayə ilə əlaqədar belə deyər: Möminlər, Yəhudi və Xristianlara yaxşılıq etməkdən, dostluq etməkdən, onlara idarəçi olmaqdan məhrum edilməmiş; onları vəli etməkdən, dost etməkdən nəhy edilmişlər. Çünki onlar, möminlərə yar olmazlar. (6)

 

Məsələni bu şəkildə yekunlaşdırmaq mümkündür: Onlarla bəşəri əlaqələrdə olmaq ayrı, onların din-ənənə və adətlərinə heyran qalmaq ayrıdır. Birincisi Quranın nəhyinə daxil deyilkən, ikincisi qətiliklə qadağan edilmişdir.

 

Qaynaqlar:

1. Yazar, II, 1132

2. Razi, XVI, 37

3. Yazar, IV, 2512

4. Razi, X, 333; Qütb, III, 1631-1634

5. Ateş, III, 1133-1134

6. Beydavi, II, 211



02-08-2010 12:00:00