Ana səhifə

ƏL-ƏVVƏL / ƏL-AXIR


YazdırSend to friend

Əvvəl: "Başlanğıcı olmayan."

 

Axır: "Sonu olmayan."

 

Zahir: "Qatı dəlillərlə bilinən."

 

Batin: "Müqəddəs şəxsi idraklara sığmayacaq dərəcədə uca olan."

 

 

"O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir." (Hədid surəsi, 3)

 

Əvvəl və Axır, Zahir və Batin adları Qurani Kərimdə bərabərcə bəyan edilər.

 

Əvvəl adı, Əzəli sifətinə dayanar və Allahın əzəli olduğunu ifadə edər. Axır adı isə, Davamlılıq sifətinə dayanar, varlığının əbədi olaraq davam edəcəyi mənasını verər.

 

Zahir adı, Allahın müqəddəs varlığının, bu məxluqatın varlığından çox daha açıq olduğunu, Batin adı isə, qudsi şəxsinin idrak edilə bilməyəcəyini dərs verər.

 

Son iki ad haqqında köklü və yığcam bir tərif:

 

"O hər şeydən Zahir, heç bir şeylə naməlum Batindir." (Haqq Dini Quran Dili)

 

İmam Qəzali Həzrətləri, Zahir və Batin adlarına belə bir şərh gətirər:

 

"Allah, duyğu orqanlarıyla idrak edilə bilməz, bu cəhətlə Batindir. Və yenə Allahın varlığı dəlil yoluyla, yəni ağıllı dəlillər gətirilərək isbat edilə bilər. Bu baxımdan Allah Zahirdir."



03-12-2009 12:00:00