Ana səhifə

ƏL-ƏZİZ


YazdırSend to friend

"Ən üstün və şanı ən uca olan."

 

"Məğlub edilməsi mümkün olmayan yeganə qalib."

 

"Allahı, əsla elçilərinə verdiyi sözdən dönən sanma.

Həqiqətən Allah Əzizdir, intiqam sahibidir. "(İbrahim, 47)

 

Əziz, izzət sahibi deməkdir. İzzətin ziddi isə zillətdir. Məsələn, acizlik bir zillətdir, sonsuz qüdrət isə izzətdir. Kasıblıq da bir zillətdir, mütləq Ğani olmaq, izzətdir. Məhkum olmaq da zillətdir. Hər şeyə hakim olmaq isə izzətdir.

 

"Hakimiyyət mövqeyi izzətdir; rəqib qəbul etmək, o hakimiyyətin izzətini qırar." (Şüalar)

 

Hakimiyyət kimi, ağalıq, malikiyyət, rəzzaqiyyət... də bir izzətdirlər.

 

Misal olaraq ‘ağalıq' üzərində qısaca dayanaq:

 

Bütün aləmlər Allahın ağalığı qarşısında zillətlə boyun əymiş, Onun istədiyi şəkildə tərbiyə görmüşlər. Böyük günəşi, yer üzündəki canlılara xidmət etdirən, Allahın izzətidir. Günəş bu xidmətiylə, zəlil və məhkum bir məxluq olduğunu bildirir.

 

 

Heyvanlara da bitkilər aləminə qarşı bir izzət verilmişdir. Həmçinin, bitkilərin də həyat şərəfindən tamamilə məhrum olan cansız varlıqlara nisbətlə izzətləri vardır.

 

•••

 

 

Bu mübarək addan alacağımız ən böyük dərs; zillətimizin şüurunda olmamız, bizə digər varlıqlar üstündə bir izzət bəxş edən Rəbbimizə sonsuz həmd və şükr etməmiz və axirətdə zəlil olmamaq üçün də, günah və üsyandan şiddətlə çəkinməmizdir.



09-11-2009 12:00:00