Ana səhifə

ƏL-ƏZM


YazdırSend to friend

"Həm şəxsi həm də sifətləri sonsuz kamalda olan."

"Böyüklüyü ağıl əhatəsindən uzaq olan."

 

"Göylərdə və yerdə olanlar Onundur.

O, Aliyydir (ucadır), Əzmdir." (Şura Surəsi, 4)

 

Əzm adı, həm şəxsin həm də sifətlərin kamalına birlikdə dəlalət edər. Əzəmətdə, heybət və cəlal mənası vardır.

 

Qurandan bir surə oxuduğumuzda bu tilavətimizi ‘sadakallahü'l-Azim' deyə sona çatdırarıq; "Əzm olan Allah doğrunu ifadə etdi, həqiqəti dərs verdi" deyərik. Beləcə Quranın da əzəmətini xatırlayar, "bütün insanlar və cinlər toplansa bir tək surəsinin belə mislini gətirə bilməyəcəyini" düşünər, onun bəlağətindəki əzəmətə heyran olarıq.

 

Əzm olan Allahın kəlamı təqlidə icazə verməz. Bu həqiqət, kainat kitabı üçün də etibarlıdır. Onun da nə surələrini, nə cümlələrini, nə də sözlərini bəşər təqlid edə bilməmişdir və edə bilməz də. Bir çiçəkdəki ilahi sənətin əzəməti, hər kəsi aciz və alçaq buraxar; kimsə onun təqlidini edə bilməz.

 

Əzm adını çox yad etdiyimiz bir mövqe də rükudur. Rükuda, ‘sübhane rabbiye'l-Azim', yəni ‘məni ən gözəl şəkildə tərbiyə edən Rəbbim, Əzmdir, bütün nöqsan sifətlərdən uzaqdır deməklə, insan tərbiyəsindəki əzəməti xatırlamış olarıq.

 

Bu əzəmət qarşısında əyilmə ehtiyacı duyan bir ruh və bu ehtiyaca cavab verəcək şəkildə yaradılmış bir bədən...

 

Ruhun və bədənin belə ən gözəl bir şəkildə tərbiyə edilmələri, ancaq Əzm olan Allaha məxsusdur.



03-12-2009 12:00:00