Ana səhifə

ƏL-ADİL


YazdırSend to friend

"Bütün işləri haqq və ədalət üzrə olan."

 

"Hər haqq sahibinə haqqını verən və haqsızları cəzalandıran."

 

"Ey iman edənlər, ədalətli şahidlər olaraq, Allah üçün, haqqı dəstək olun. Bir birliyə olan kininiz, sizi ədalətdən saxlamasın." (Maidə Surəsi, 8)

 

Allah Adildir. Ədaləti sonsuz kamaldadır və onun kənarında bir ədalət düşünülə bilməz.

 

Nur Külliyyatında ədalət iki təməl əsasa ayrılaraq araşdırılar: ‘İhkakı haqq' və ‘zalımları cəzalandırmaq.'

 

İhkakı haqq, hər haqq sahibinə haqqını ən gözəl şəkildə vermək deməkdir.

 

Allah, ağacın budaqlarından, günəşin planetlərinə, Cənnətin təbəqələrindən, Cəhənnəmin mənzillərinə qədər hər şeyi layiq mövqeyinə qoymuşdur.

 

Bunun bir kiçik misalını da insanda sərgiləmiş, hər orqanı yerli yerinə qoymuş, vəzifə etməsi üçün lazımlı olan bütün şərtləri ən gözəl şəkildə hazırlamış və ehtiyaclarını görmüşdür.

 

İnsanın simasında, göz ilə qulağı necə ədalətlə yerləşdirmişsə, ruhunda da ağıl və yaddaşı eyni ədalət ölçüləriylə yaratmış və hər birinə uyğun vəzifələri yükləmişdir.



03-12-2009 12:00:00