Ana səhifə

ƏL-AFÜVV


YazdırSend to friend

"Çox bağışlayıcı olan."

 

"Günahları məhv edib sahibini cəzalandırmaqdan imtina edən."

 

" Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir!” (Nisa surəsi, 149)

 

Bu adın Ğaffar adından daha şümullü olduğu bəyan edilmişdir. Çünki, Ğaffar adı ‘günahları örtən' mənasındadır. Afüvv adı isə, ‘günahın qarşılığı olan cəzanı tamamilə ortadan qaldıran' deməkdir.

 

Bu ada tabe olan bir günahkar, etdiyi üsyana qarşı özündə Müntakim (intiqam alan, şiddətlə cəzalandıran) adının təcəlli etməsindən xilas olmuş deməkdir.

 

Bir möminin bu addan alacağı dərs, Allahın rəhmətindən daim ümidli olmaqla ümidsizlik təhlükəsindən uzaq qalmaqdır.

 

Bir mömin, özünə qarşı işlənən günahları bağışlayar və bağışlasa bu ada tabe olmağa daha çox ləyaqət qazanmış olar. Bağışlamadığı halda bağışlanılmağı gözləyən insan, nəfsinə məğlub olmuş və aldanmışdır.

 

Bir insan, nəfsini tam məğlub etmək istəyirsə, həmsöhbətlərinin qüsurlarını bağışlamaqla da qalmayacaq, "sən pisliyi ən gözəl yaxşılıqla aradan qaldır" (Muminun surəsi, 96) ayəsindən dərs alaraq, özünə pislik edənlərə yaxşılıqla qarşılıq verməyə çalışacaq. Bu isə nəfsin heç xoşuna gəlməz, amma ilahi razılıq, əfv və bağışlama da bu yoldadır.



03-12-2009 12:00:00