Ana səhifə

ƏL-ALİM


YazdırSend to friend

"Əzəli elmiylə, böyük-kiçik, mümkün-mümkünsüz, gizli-aşkar hər şeyi bilən."

 

"Elmi, yaradılmış və yaradılmamış hər şeyi birlikdə əhatə edən (örtən, içinə alan)."

 

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir! (Bəqərə Surəsi,115)

 

Allahın şəxsi heç bir məxluquna bənzəmədiyi kimi elmi də məxluq elminə bənzəməz. Əzəli elm ancaq Onundur və Ona məxsusdur. Olmuş və olacaq hər şey Onun elmində daim hazırdır.

 

Əvvəli və axırı olan və hər şeyi sonradan öyrənən insan, bu dar və məhdud elmiylə, Allahın əzəli elminin varlığını bilsə də həqiqətini bilə bilməz.

 

İnsanın, iradəsi kimi düşünməsi və xatırlaması da cüzidir. Bir anda iki şey düşünə bilməz və xatırlaya bilməz. Allahın elmi isə bütündür, ‘hər şeyi birlikdə bilər'; mütləqdir, ‘heç bir qeyd altına girməz' və mühitdir, ‘hər şeyi, əhatə edər.'

 

Bu həqiqət, Nur Külliyyatında ‘günəş' misalıyla çox gözəl açıqlanır:

 

Günəşin ziyası hansı sahələri örtürsə, o sahədəki bütün varlıqları birlikdə görər, hamısını birlikdə bilər və hər biriylə eyni anda birlikdə maraqlanar. Burada sıraya qoyma söz mövzusu deyil. Günəşi şüurlu fərz etsək və ziyasına elm desək, günəş bütün çiçəkləri, ağacları, yarpaqları, otları, qarışqaları, insanları və daha nə qədər varlıqları bir anda və birlikdə bilər. Onun bilməsində az-çox, böyük-kiçik fərq etməz.

 

 

Bir misal: Səlimiyyə məscidinin arxitektura xüsusiyyətlərini biz də bilərik, Memar Sinan da. Amma, onun bilməsi hərəkətidir. O, Səlimiyyənin minarələrini düzəldər, qübbəsinə çatarkən, elmiylə qüdrəti birlikdə çalışmışdır. Bizim eyni şeyləri bilməmiz isə bundan çox fərqlidir. Bizimkində, edilmiş olanı sonradan öyrənmə söz mövzusudur.

 

Hər şeyi bilərək və hikmətlə yaradan Allahın, əşya haqqındakı elmi ‘hərəkəti bir elmdir,' məxluqatın elminə bənzəməz.



03-12-2009 12:00:00