Ana səhifə

ƏL-ALİYY


YazdırSend to friend

"Kamal dərəcələrinin ən ucasında olan."

 

"Allah bir insanla ancaq bir vəhy yoluyla ya da pərdə arxasından danışar və ya bir elçi göndərər icazəsiylə ona istədiyini vəhy edər.

 

Həqiqətən O, Aliyydir, Hakimdir." (Şura Surəsi, 51)

 

Allahın varlığı vacibdir. Yəni varlığı şəxsindəndir, yoxluğu mümkünsüzdür. Bu ülvi mərtəbə yalnız Aliyy olan Allaha məxsusdur. Ondan qeyri nə varsa, hamısı mümkündürlər, yəni bunların olub olmamaları bərabərdir; hamısı məxluqdurlar, fanidirlər, acizdirlər.

 

Allahın bütün sifətləri mütləqdir, qeyd altına alına bilməzlər. Və yenə bütün sifətləri sonsuzdur; onların təcəlliləri üçün bir son düşünülə bilməz.

 

Bu ali mərtəbə də Allaha məxsusdur.

 

Məxluqların isə, əvvəlləri olduğu kimi sonları da vardır. Əvvəli və sonrası olan bu varlıqların sifətləri də məhdud və qeydlidir. Bu məhdud və qeydli sifətlər, sonsuz və mütləq sifətlər yanında çox aşağı olarlar.

 

Aliyy adı bizə bu kimi dərsləri verir; sonsuz və mütləq kamalın ancaq Allaha aid olduğunu bildirər.

 

"Onun kürsüsü, bütün göyləri və yeri əhatə etmişdir. Onların qorunması Ona əziyyət verməz. O Aliyydir, Əzmdir." (Bəqərə Surəsi, 255)

 

 

Qul, beləcə ülvi dərəcələr qazanar və bu ada daha parlaq bir ayna olar.



09-11-2009 12:00:00