Ana səhifə

ƏL-BƏDİ


YazdırSend to friend

"Bərabəri və bənzəri olmayan."

 

"Nümunəsiz olaraq yaradan."

 

"(Allah), göyləri və yeri yoxdan (nümunəsiz) yaradandır. O, bir işin olmasını murad etdimi, ona tək ‘ol' deyər, o da olar." (Bəqərə surəsi, 117)

 

Bədi adı, Allahın şəxsində və sifətlərində mislsiz və bənzərsiz olduğunu ifadə edər və ‘Müxalifətin-lil-havadis' sifətinə dayanar. Yəni Onun yaratmasıyla sonradan varlıq sahəsində boy göstərən heç bir varlıq, heç bir cəhətlə Ona bənzəməz və O, bütün bunlara müxalifdir.

 

Şəxsi bütün şəxslərə müxalif olduğu kimi, sifətləri də məxluqatın sifətlərinə müxalifdir.

 

‘Müxalif' sözü, ‘bənzəməz' sözündən fərqli bir mənaya qapı açar. Məxluqat aləmindən bir misal vermək lazım olsa, ‘insanın qolu, ayağına bənzəməz,' deyərik, amma bu qolun ruha ‘bənzəmədiyindən' deyil, ‘müxalif olduğundan' danışarıq. Yəni, qol ayrı bir mahiyyətdir, ruh isə ona müxalif tamam ayrı bir mahiyyətdir.

 

Allah həm şəxsi, həm sifətləri həm hərəkətləri və işi baxımından bütün məxluqata müxalif olmaqla mislsiz bir Bədidir.

 

Allahın varlığı vacibdir, məxluqatın varlığı isə mümkündür. Yəni olmasıyla olmaması bərabərdir.

 

Allah Qədimdir, məxluqat isə sonradan yaradılmışdır.

Allah Baqidir, məxluqat isə fanidir.

 

Allahın sifətləri mütləqdir, qeyd altına alına bilməz. Məxluqatın isə bütün sifətləri məhdud və qeydlidir.

 

Bədi adı, bu müxalifətlərin hamısını birdən dərs verməklə, Allahın kamalının idrak edilə bilməyəcək qədər ülvi, son dərəcə Bədi olduğunu ifadə edər.



03-12-2009 12:00:00