Ana səhifə

ƏL-BAİS


YazdırSend to friend

Qiyamətdən sonra ölüləri təkrar dirildən."

 

"Peyğəmbər göndərən; ölü ürəkləri hidayətlə dirildən."

 

 

"Necə olur da Allahı inkar edirsiniz? Halbuki ölü ikən sizi O diriltdi; sonra sizi yenə öldürəcək, yenə dirildəcək və sonra Ona çeviriləcəksiniz." (Bəqərə surəsi, 28)

 

Bais adı üçün İmam Qəzali Həzrətləri, "ikinci bir inşa ilə ölüləri dirildən" mənası verər. Bu məna, ağlımıza belə bir təfəkkür lövhəsi açar:

 

Ölü elementləri bir araya gətirib insan bədəni halına qoyan Allah, ruhun bədəndən ayrılmasıyla ölümü daddırdığı insana, axirət aləminə münasib bir cəsəd geydirərək, yenidən dirilişi daddıracaq və beləcə insan, Cənnət yaxud Cəhənnəmlə sona çatacaq olan ikinci bir səfərə başlamış olacaq.

 

Ruhun həyatı davamlıdır. Bədəndən ayrılması, onun həyatında bir nöqsanlıq meydana gətirməz. Buna görə, Bais adına, ‘ölüləri dirildən' deyə məna verdiyimizdə, cəsədlərin yenidən həyata qovuşmasını nəzərdə tutarıq.

 

Allah, ağıllara durğunluq verən diriliş möcüzəsiylə, Bais adını təcəlli etdirəcək.

 

Bas, yəni öldükdən sonra diriliş, həqiqətdə ‘qəbir aləmindən məhşərə çıxış' deməkdir. Doğum, ana rəhmindən dünyaya inkişafın adı, ölüm dünyadan qəbirə köçüşün adı olduğu kimi, bais də qəbirdən məhşərə çıxışın adıdır.



03-12-2009 12:00:00