Ana səhifə

ƏL-CƏLİL


YazdırSend to friend

"Sifətləri sonsuz kamalda olan."

 

"Malikiyyət, hakimiyyət, qüdrət, əzəmət kimi bütün cəlal sifətlərinə sahib olan."

 

"Heybəti, ağılları dəhşətdə salan."

 

Cəlil adı, Əzm adına yaxın bir məna daşıyar. Aralarındakı incə fərqi İmam Qəzali Həzrətləri belə ifadə edər:

 

"Cəlil adı sifətlərin kamalına dəlalət edər. Əzm adı isə, həm şəxsin həm də sifətlərin kamalına birlikdə dəlalət edər." 

 

Bir çiçəyə baxdığımızda ondakı gözəlliyə, incə sənətə, rənglərindəki ahəngə heyran qalarıq. Bu gözəllik Allahın Cəmil adının bir təcəllisidir. Bütün çiçəklərə birdən nəzər edə bilsək, bu heyranlığımız heyrətə çevrilər. Bu qədər çiçəyi ayrı-ayrı bəzəmək, aralarında xoş bir ahəng qurmaq əzm bir qənaətdir, möcüzə bir işdir. Bu əzəmət və böyüklük mənaları, Cəlil adının təcəllisiylədir.

 

Ulduzlar aləmini və böyük dənizləri seyr etdiyimizdə də nəzərimizə əvvəlcə cəlal təcəllisi çarpar. Bu böyük cədvəllərdə Cəlil adını oxuyuruq. Ancaq, bunların gözləri qamaşdıran bir gözəllikləri də vardır. Hər iki cədvəldə də cəlal içində bir camal təcəllisiylə qarşılaşarıq. Nur Müəllifi bu həqiqəti, ‘cəlalın gözündə camal' şəklində ifadə buyurar.

 


Qulun bu addan alacağı dərs:

 

İnsan, öz varlığını sonsuz varlıqlardan bir nöqtə, simasını sonsuz simalardan bir sima, süfrəsini sonsuz süfrələrdən bir süfrə... olaraq görüb, ilahi adların o cəlil təcəlliləri qarşısında heyrətlə səcdə etməli, həddini bilməli və üsyandan çəkinməlidir.



03-12-2009 12:00:00