Ana səhifə

ƏL-ĞAFFAR


YazdırSend to friend

"Bağışlaması, çox olan."

 

"Qullarının günahlarını bağışlamaqla örtən." Tabəri

 

"Təkrar təkrar bağışlayan." (Qəzali)

 

"Rəbbinizdən bağışlama istəyin; çünki həqiqətən O, çox bağışlayandır." (Nuh, 71/10)

 

 

ƏL-ĞAFFAR

 

Günahlarına diqqət etmədən, Cənnətə girəcəyindən əmin bir halda yaşamaq, böyük bir qəflət olduğu kimi, üsyanlarına baxaraq ‘mən artıq bağışlana bilmərəm` demək də böyük bir səhvdir.

 

Birinci hal Allahın qəzəbindən əmin olmaq, ikincisi isə rəhmətindən ümid kəsməklə ümidsizliyə düşməkdir.

 

Ğaffar adı, insanı ümidsizlikdən qurtaran ən böyük bir ümid qaynağıdır.

 

İmam Qəzali Həzrətləri, Ğaffar adının ‘pisi, çirkini örtən' mənasını verdiyini zikr etdikdən sonra, əhəmiyyətli bir nöqtəyə diqqətimizi çəkər:

 

"Allah, insanın üzünü, gözünü, əlini ortaya çıxardığı halda; mədəsini, bağırsaqlarını və sair görünməsi xoş olmayan orqanlarını içəridə yaratmışdır. Onları beləcə örtən Allah, qulunun günahlarını da örtər"

 

Yenə o böyük İmam, Ğaffar adına, ‘təkrar təkrar bağışlayan' mənası vermişdir.

 

Bu mənanı düşünərkən, Həzrəti Mövlananın, bəzilərinin  tənqid mövzusu edilən bir misrası xatirimə gəldi:

"Min dəfə tövbə şüşəsini qırmış olsan da yenə gəl!"

‘Tövbə şüşəsini qırmaq,' günahkar Müsəlmanlar üçün söz mövzusudur. Bu söz, o böyük insanın Ğaffar adının incəliklərini çox yaxşı qavradığının işarəsi ikən, təəssüf ki, çox səhv şəkildə ələ alındı və o möhtərəm şəxsə cahilcə hücum edildi.

Tövbəsini dəfələrlə pozan bir qul, peşman olaraq Allahın dərgahına sığınsa və əfvini diləsə, Ğaffar adı gərəyi, Allah bu qulu bağışlayar.

Allahın bağışladığını qulların etməməsi, işin içinə nəfsin, hissin və dar fikirliliyin girdiyini göstərər.

Özünə edilən bir pisliyi illərcə unuda bilməyib, mömin qardaşını bağışlamağa yanaşmayan bir insanın, Həzrəti Mövlananın bu sözünü qavraması olduqca çətindir.

Ğaffar adından faydalanmağın birinci şərti, peşmanlıq duymaq, tövbə və istiğfar ilə bağışlama qapısını döyməkdir.

Bir başqa şərti də, başqalarını bağışlamaq, qüsurlarını örtməkdir. Bağışlayanın, bağışlama olunması qüvvətlə ümid edilər.



03-12-2009 12:00:00