Ana səhifə

ƏL-ĞAFUR


YazdırSend to friend

"Bağışlayıcılığı tam olan."

 

"Qulların qüsurlarını ruhanilərə qarşı örtən."

 

"... Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. O Ğafur və Rəhmdir." (Zumər Surəsi, 53)

 

Bir ayədə, tərcümə olaraq belə buyurulmuşdur:

 

"De ki: Ey nəfslərində israfa girən (həddi aşaraq günah işləməklə nəfslərinə zülm edən) qullarım. Allahın rəhmətindən ümid kəsməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. O Ğafur və Rəhmdir." (Zumər Surəsi, 39/53)

 

Ayədə keçən ‘nəfs' sözü, ‘şəxs' mənasını verər və insana əmanət olaraq verilən bütün orqanları, duyğuları, hissiyyatı, ağıl və ürəyi içinə alar.

 

Nur Külliyyatında belə bir cümlə keçər:

 

"Ən qiymətli alətləri, ən qiymətsiz şeylərdə sərf edib nəfsinə zülm etmə." (Sözlər)

 

Ağlını səhv fikirlərlə məşğul edən, ürəyinə batil sevgiləri yerləşdirən, gözüylə harama baxan, diliylə yalan danışan, qısacası özünə əmanət verilən bütün o qiymətli alətləri və duyğuları, səhv yolda istifadə edən insanlar ‘nəfslərində israfa girmiş' qullardırlar. Bu ayə ilə, insanların belə bir israfdan çəkinmələri gərəyinə işarə edilmiş və şeytana uyğun gələrək belə bir səhvə yol vermələri halında da ümidsizliyə qapılmayaraq, Allahın bağışlamasına sığınmaları dərs verilmişdir.

 

Hər ikisi də ‘bağışlayıcılıq' mənasını ifadə edən Ğaffar adıyla Ğafur adı arasındakı incə fərqi, İmam Qəzali Həzrətləri belə açıqlayar:

 

"Ğaffar, təkrar təkrar bağışlayan deməkdir. Ğafur isə, bağışlayıcılığı tam olub, əfv və bağışlamanın ən irəli dərəcəsində olan mənasını verər."

 

Bu iki addan qulun alacağı nəsib, iki maddədə yekunlaşdırıla bilər:

 

İnsan nəfs və şeytana uyğun gələrək bir günah işlədiyində, dərhal tövbə etməli və ümidsizliyə düşməmək üçün Allahın Ğafur olduğunu xatırlamalıdır.

 

Qulun bu addan alacağı digər nəsib isə, möminlərin səhvlərini örtməsi, başqalarına izah etməməsi və onları bağışlamasıdır.

 

İnsan, öz cüzi izzətinə qarşı işlənən kiçik səhvləri bağışlaya bilməlidir ki, sonsuz izzət və əzəmət sahibi olan Allaha qarşı işlədiyi üsyanların əfvini diləməyə üzü ola bilsin.



03-12-2009 12:00:00