Ana səhifə

ƏL-HABİR


YazdırSend to friend

"Əşyanın həqiqətlərini və gizliliklərini bilən."

 

"Batini xəbərlər özündən saxlana bilməyən."

 

"Ey iman edənlər, Allahdan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allahdan qorxun. Heç şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır. "(Haşr Surəsi, 18)

 

Alim adıyla Habir adının mənaları bir-birinə çox yaxındır. Bu var ki, Alim adı daha ümumidir.

 

Habir deyilincə, xəbərdar olan, elmindən bir şey saxlana bilməyən mənası xatirə gəlir. Yəni Alim adı, ‘gizli-aşkar hər şeyi bilən' mənasını ifadə edərkən, Habir adı bir az daha xüsusiyyət ifadə edər və bizə görə gizli olan şeylərin O Habir üçün aşkar olduğunu dərs verər. Heç bir hadisə və xatirənin, heç bir düşüncə və niyyətin Allahdan gizlənə bilməyəcəyini ifadə edər.

 

Allahın Habir olduğunu bilən bir mömin, Onun razı olmayacağı hər cür söz, hərəkət və haldan uzaq qalmağa çalışar. Öz iç aləmində olanlardan heç birinin, Lətif və Habir olan Allahdan gizli qala bilməyəcəyini düşünər. Ürəyini səhv inanclardan, ağlını batil düşüncələrdən, xəyalını faydasız məşğuliyyətlərdən qorumağa cəhd göstərər.

 

İmam Qəzali Həzrətləri insanın, ‘öz ruh dünyasında cərəyan edən və başqalarının bilmədiyi şeyləri vicdani olaraq bilməsi' cəhətiylə, bu ada məzhər olduğunu söyləyər.



03-12-2009 12:00:00