Ana səhifə

ƏL-HADİ


YazdırSend to friend

"Ürəklərə iman yolunu göstərən."

 

"Hidayət lütf edərək, batildən və dəlalətdən uzaqlaşdıran."

 

"Bütün canlılara, hər cür ehtiyacları üçün yol göstərən."

 

"Şübhəsiz, Allah, iman edənləri dümdüz bir yola yönəldər." (Həcc surəsi, 54)

 

Bu adın Nur adından dərhal sonra zikr edilməsi çox mənalıdır. Sanki bu sıralamaqla, Nur adının ən böyük təcəllisinin, ‘ürəkləri hidayətlə işıqlandırmaq' olduğu dərs verilər.

 

Cənabı Haqq, qullarına istiqamət yolunu göstərmək üzrə Peyğəmbərlər (s.ə.s.) göndərər.

 

Beləcə onları hidayətə qovuşdurar; bütün pozğun anlayışlardan və batil inanclardan qurtarar.

 

"Onları, əmrimiz ilə, insanları doğru yola aparan öndərlər etdik" (Ənbiya surəsi, 73)

 

Bu adın, yalnız insanlarda deyil, bütün əşyada təcəlli etdiyini bu ayədən öyrənirik:

 

"Rəbbimiz, hər şeyə bir fitrət verib, (o yaradılışın gərəyini yerinə yetirməyi) o şeyə hidayət edəndir (öyrədəndir)." ( Ta-Ha , 50)

 

Növbətçi arıların şandakı bütün arıları tanımasından, işçi arıların pətək etmələrinə, uzaq diyarlarda yumurtadan çıxıb ana vətənlərinə çaşmadan dönən balıqlara, xəstələnən bir heyvanın öz dərdinə dərman olacaq bitkiləri tapıb yeməsinə qədər uzanan saysız hadisələr bu həqiqəti isbat edərlər.



03-12-2009 12:00:00