Ana səhifə

ƏL-HAFİD / ƏR-RƏFİ


YazdırSend to friend

Hafid: "Kafirləri, üsyankarları, mütəkəbbir və zalımları alçaldan."

 

"Din düşmənlərini rəhmətindən uzaqlaşdırıb axirətdə zəlil edən və cəzalandıran."

 

Rəfi': "Sevdiyi qullarını yüksəldən." "Möminləri özünə yaxınlaşdıraraq ucaldan."

 

"(O), alçaldan və ucaldandır." (Vaqiə Surəsi,3)

 

Bu iki adın təcəllisi də böyük diametrdə, qulun cüzi iradəsinə baxır. İradələrini səhv yolda istifadə edərək küfr və üsyan yoluna girən insanlar, alçalmağa talib olmuşlar və Hafid olan Allah da onları inancsız və əxlaqsız etməklə alçaltmışdır. Bu alçalmanın axirətdəki nəticəsi isə Cəhənnəmdə, zillət içində əzab çəkməkdir.

 

İman, ibadət və əxlaq yolunu tutanlar isə yüksəlməyə talib olmuşlar; Rəfi' olan Allah da onları, saleh bir qul etməklə yüksəltmişdir. Bu yüksəlmənin axirətdəki nəticəsi isə Cənnətdə əbədi səadətə çatmaqdır.

 

Demək olur ki, alçalma da yüksəlmə də əvvəlcə dünyada reallaşır; birincisi Hafid, ikincisi isə Rəfi' adının təcəlliləriylə. Dünya axirətin tarlası olduğundan, bu yüksəklik axirətdə daha çox inkişaf edir; bu alçaqlıq isə çox daha aşağı dərəcələri nəticə verir.

 

Qulun, Rəfi' adına tabe olması, əvvəlcə iman, təqva, saleh əməl və gözəl əxlaq yoluyla reallaşar. Bir də insanın başqalarını yüksəltməyə çalışması, onları imana və İslama dəvət etməsi var ki, bu yol ən böyük yüksəlmə vəsiləsidir.

 

Ayrıca, bir mömin, İslamın ülviyətini ürəklərdə və ağıllarda yerləşdirdiyi ölçüdə özü də yüksələr, Rəfi' adına tabe olar. İslama zidd fikirləri, batil inancları, səhv fikirləri çürüdüb alçaltdığı nisbətdə də Hafid adından ayrı bir feyz alar.



03-12-2009 12:00:00