Ana səhifə

ƏL-HAFİZ


YazdırSend to friend

"Qoruyan, mühafizə edən."

 

"Varlıqları, qədərlə təyin edilmiş bir əcələ qədər, qoruyan."

 

"…Həm Rəbbim sizin yerinizə başqa bir qövmü keçirər də siz Ona heç bir şeylə zərər verə bilməzsiniz. Doğrusu mənim Rəbbim, hər şeyi müşahidə edib qoruyandır, Hafizdir." (Hud Surəsi, 57)

 

Əl-Hafiz: "Bütün varlıq aləminin plan və proqramını nuru Məhəmmədidə saxlayan."

 

"Bir ağacın bütün xüsusiyyətlərini nüvəsində saxlayan."

 

"Bir çox canlı növünün planlarını yumurtalarında, bir çoxlarını da spermalarında mühafizə edən."

 

"İnsanın bütün əməllərini onun yaddaşında yazan."

 

"Hafizə mələklərinə insanın bütün yaxşı və pis işlərini qeyd etdirən."

 

"İnsanı əkbər deyilən kainatdakı hər şeyi və hər hadisəni Lövhü Məhfuzda yazan."

 

Bütün bu saydıqlarımız, hifz edib qorumanın ən çox istifadə edilən mənalarıdır.

 

 

Bu hifz və mühafizə olmasaydı, meşələrdə vəhşi heyvanlardan başqasının yaşamaması lazım idi. Amma, həqiqət heç də elə deyil. Aslanlara, bəbirlərə, baxmayaraq, dovşanından tülküsünə, ceyranından keçisinə qədər nə qədər heyvan növləri eyni məkan içində həyatlarını davam etdirərlər.

 

Bu hal bir hifz edicinin varlığını, bütün ağıllara dəqiq şəkildə göstərər.

 

Bu addan qulun alacağı ən əhəmiyyətli dərs, bir mühasiblik gününə doğru hər gün bir addım daha atdığını düşünərək, günahlardan, haramlardan və səhvlərdən uzaq qalmasıdır. Bədənini zərərli maddələrdən qoruduğu kimi, ruhunu, ürəyini və ağlını da şeytanın və şeytan vəzifəsi görən insanların şərindən qorumasıdır.



03-12-2009 12:00:00