Ana səhifə

ƏL-HALİM


YazdırSend to friend

"Cəzalandırmağa gücü çatdığı halda, dərhal cəza verməyən."

 

"Qullarının üsyanlarına qarşı, dərhal hirsə qapılmayan."

 

"Şübhəsiz Allah, Ğafurdur, Halimdir." (Al-İmran Surəsi, 155)

 

Hikmət dünyası olan bu aləmdə, əşyanı yaratmaqda tələsməyən, məxluqatı mərhələ mərhələ yaradan Allah, bu imtahan dünyasında küfr və üsyanlara da dərhal cəza verməz. Qüdrəti çatdığı halda, bu cəzanı təxirə salar. Qullara beləcə tövbə qapısını açar və onlara peşmanlıq fürsəti verər.

 

Bu addan qulun alacağı dərs, işlədiyi günahlardan tövbə etməsi, Halim adı gərəyi, cəzasının təxir edilməsini bir fürsət bilib, Allah Rəsulunun (s.ə.s.) tövsiyələrinə uyğun gələrək, o günahlara kəffarə olmaq üzrə gözəl əməllər işləməsidir. Bir də, Allahın Halim və Ğafur olduğunu xatırladaraq onu üsyana təşviq edən nəfsinə, Alim, Rəqib, Hasib və Muntakim adlarını xatırlatması və beləcə o nəfsi səhv yola girməkdən məhrum etməsidir.



03-12-2009 12:00:00