Ana səhifə

ƏL-HAMİD


YazdırSend to friend

"Səna edilən, təriflənən."

 

"Hərəkətləriylə və nemətləriylə həmdə layiq olan."

 

"Ancaq özünə həmd edilən."

 

"Odur ki, onlar ümidlərini kəsdikdən sonra yağışı endirər və rəhmətini sərib yayar. O, Vəlidir, Hamiddir." (Şura surəsi, 28)

 

 

‘Həmd etmək' deyilincə əvvəlcə, mədh etmək və sənada olmaq ağla gəlir. Bu isə, bir kamala qarşı heyrət ifadəsidir.

 

Nur Külliyyatında, həmdin ancaq Allaha edilə biləcəyi izah edilərkən belə buyurular:

 

"Səbəbi mədh olan nemət və lütfkarlıq və kamal və camal və medarı həmd olan hər şey Onundur, Ona aiddir." (Məktubat)

 

Bu kainatda hər şeyin ən mükəmməl şəkildə yaradıldığını görən bir mömin, nəyə baxsa Allaha həmd edər. Səmaları dirəksiz dayandıran, quru ağaclardan meyvələr çıxaran, beyin dəzgahında düşüncələri toxuyan, cansız elementlərdən hüceyrələr yaradan Allah, sonsuz həmd və sənaya layiqdir.

 

Yeyib içdiyimiz nemətlər üçün də Allaha həmd edərik. Burada həmd, şükr mənasına edilmişsə də bir az düşünüldüyündə, bu şükrdə də bir mədh etmə və sənada olma mənasının gizli olduğu görüləcək.

 

Həmdin şükrdən fərqi, insana çatmayan nemətlər üçün də həmd edilə bilməsidir. Məsələn, bütün heyvanların dünya süfrəsində birlikdə ruzi verilmələrini düşünən insan, bu möhtəşəm ziyafətin sahibi olan Allaha həmd və sənada olar.

 

Fatihə surəsində, "həmdin, yəni bütün mədih və sənanın, ancaq, Rabbü'l-aləmin, Rəhman, Rəhm və Maliki yəvmiddin olan Allaha" aid olduğunun bəyan edilməsi, Allahın digər bütün adlarının da həmd və sənaya layiq olduqları mövzusunda bir irşat və bir işarədir.

 

Qul olaraq, bizə düşən vəzifə, hər şeyi ən mükəmməl şəkildə yaradan Allahın, bu ağla sığmaz möcüzə işini təfəkkür və təqdirlə seyr edərək mədih və sənada olmaqdır.

 

Həmd etmə şərəfindən nəsiblənən bir insan, Allahın lütfkarlığıyla və mədh edilən bir qul olar; beləcə bu addan ayrı bir təcəlli nuruna daha qovuşmaqla şərəflənər, yüksələr və ucalar.



03-12-2009 12:00:00