Ana səhifə

ƏL-HAQQ


YazdırSend to friend

"Şəxsi vacib olub, varlığı həqiqət olan."

 

"Dəyişməkdən uzaq olan."

 

"Şəxsi ilə qaim, vacib və dəyişməz olan."

 

"...Şübhəsiz Allah, O, Haqq olandır və şübhəsiz Onun xaricində  tanrılar isə, batildir..." (Loğman surəsi, 30)

 

Haqq, belə təsvir edilir: "Haqq, inkarı caiz olmayan sabitə deyilir." Verilən bir hökm nəhayət, yəni həqiqətə uyğunsa o hökm haqqdır və sabitdir. Bunun inkarı caiz deyil.

 

Haqq adının ən məşhur mənası, ‘dəyişməkdən uzaqdır. Allahın şəxsi kimi sifətləri də haqqdır, bunlar üçün bir dəyişmə haqqında danışılan ola bilməz.

 

Allah, Qədimdir əvvəli yoxdur. Bu daim belədir, bu həqiqətdə bir dəyişmə düşünülə bilməz.

Allah Baqidir, axırı yoxdur; bunda da bir dəyişmə haqqında danışılan ola bilməz.

 

Allah, mütləq elm sahibidir, bu elmdə nə artma təsəvvür edilə bilər, nə də azalma.

Vəhdət sifəti və bunun nəticəsi olan tövhid inancı haqqdır və onun haqqaniyyəti daimidir; onda bir dəyişmə düşünülə bilməz.

 

 

Haqq adının təcəllilərini, ətraflı sarılı olduğumuz ‘həqiqətlər` dünyasında bir dərəcə seyr edə bilərik.

 

Məsələn, Dünyanın Günəş ətrafında döndüyünü söyləyən bir insan, haqqı ifadə etmiş olar. Çünki bu hökm həqiqətdir, nəhayət uyğundur. Bunun əksin iddia edənlər isə batil bir fikirə dalmış olarlar.

 

Fizika aləmindəki bütün dəyişməz qanunlar, Haqq adından bir təcəlli daşıyarlar.

 

Eyni şəkildə, bir insan, Allaha ‘ilahi fərmanın bildirdiyi kimi' inanırsa, bu inancı haqqdır. Bunun xaricindəki inanclar batildir; çünki həqiqətə zidddirlər.

 

Haqq adını yad edən bir insan, bütün varlıq aləminin dayanmadan dəyişdiyini görər və ürəyini dəyişməkdən uzaq olan Allaha bağlar.

 

Haqq dinə yönələn bir insan, onun xaricindəki bütün batil dərklərin qul quruluşu olduğunu və bunların da dəyişməkdən özünü qurtara bilmədiyini bilər və batil inanclara könülünü bağlamaz.



03-12-2009 12:00:00