Ana səhifə

ƏL-HASİB


YazdırSend to friend

"Qulların etdiklərini mühasibliyə tabe tutan."

 

"Əməllərin qarşılığını vermə barəsində kafi olan."

 

"Onlar (peyğəmbərlər) Allahın göndərdiklərini təbliğ edənlər, Ondan qorxanlar və Allahdan başqa heç kimdən qorxmayanlardır. Hasib olaraq Allah yetər."( Əhzab, 39)

 

Bu ad ‘Alim, Habir və Hafiz adlarıyla yaxından əlaqədardır. İnsanı yaradan Allah, əlbəttə onun hər şeyini, hər fikirini, hər inancını, hər niyyətini bilər. Allahın bildiyi, xəbərdar olduğu və hifz etdiyi bu kimi hal və hərəkətlərdən, insanın cüzi iradəsinə buraxılan və haqqında əmr və qadağan olanlar, axirətdə Hasib adının təcəllisiylə, mühasibliyə mövzu olacaqlar və insan, bütün bunlardan hesaba çəkiləcək.

 

Hesab soruşmaq, ‘bilməkdən, xəbərdar olmaqdan və hifz etməkdən' fərqlidir. Bundan ötəri, Hasib adı, Alim, Habir və Hafiz adlarından ayrıdır və müstəqil bir addır.

Nur Külliyyatından bir xəbərdarlıq cümləsi:

 

"İnsan, bu şərəfə nail olduğu halda, özünü başıboş və qeyri məsul zənn etməsin. Onun da hesabları vardır. Ondan xilas olduqdan sonra, lazım olduğu yerə gedəcək." (Məsnəvi Nuriyyə)

 

Hasib adının bir başqa mənası da ‘kafi gələn, çatan' şəklindədir.

 

"Hasbiyallahu la ilahə illa hu," yəni "Allah mənə yetər, Ondan başqa ilah yoxdur." (Tövbə, 9/129) ayəsi, Hasib adının insan ürəyindəki kamil təcəllisini bizə xəbər verməkdədir. "Allah mənə yetər" cümləsi bir hökmdür, "Ondan başqa ilah yoxdur" cümləsi isə bu hökmün dəlilidir.

 

Bütün möminlər, ‘Hasbünallah' yəni ‘Allah bizə yetər' deyərlər. Çünki Onu, "hər şeyin düzümü əlində, hər şeyin xəzinəsi yanında, hər məkanda hazır, məkandan uzaq, acizlikdən uzaq, qüsurdan müqəddəs, bir Qədri Zülcəlal, bir Rəhmi Zülcəmal, bir Hakimi Zülkəmal" (Nur Külliyyatından, Sözlər) olaraq tanıyarlar və beləcə iman edərlər.

 

Qulun bu addan alacağı dərs, ölümlə birlikdə hesab dövrünün başlayacağını, qəbir aləmində sorğuya çəkiləcəyini, qiyamət və həşir mərhələlərindən sonra hər əməlindən ən incə təfərrüatına qədər hesab verəcəyini bilməsi və ömürünü ona görə tənzimləməsidir. Bu qısa dünya dövrünə aldanmaması, ana rəhmində olduğu kimi qəbir aləmində və daha sonrasında kimsədən bir kömək görməyib, ancaq Allaha sığınacağını bilərək, bu dünya həyatında da "Allah mənə kafidir" deyib, təslim və təvəkkül dairəsində yaşamağa işidir.



03-12-2009 12:00:00