Ana səhifə

ƏL-KƏBİR


YazdırSend to friend

"Böyüklükdə özündən daha üstünü düşünülə bilməz."

 

"Cəlalı və şanı çox uca."

 

"O, qeybi də, müşahidə biləndir, Kəbirdir, Mütealdır." (Rəd, 9)

 

Kəbir adı, "Allahın şəxsinin kamalına dəlalət edər" deyilmişdir. Böyüklük, kamal ilə yaxından əlaqədardır. Elmi kamala çatmış kəslərə ‘böyük insan' deyərik. Həmçinin, mədəniyyət, əxlaq, təqvası üstün olan insanlar da böyükdürlər.

 

Bunlardan danışarkən, ‘elmi böyük' yaxud ‘mədəniyyəti böyük' deyilməz, yalnız ‘böyük' deməklə kifayətlənərik. Beləcə, böyüklüyü sifətlərə deyil, doğrudan şəxsə vermiş olarıq.

 

Allahın bütün sifətlərinin, adlarının və hərəkətlərinin sonsuzluğu Allahın şəxsinin böyüklüyünü göstərir.  



09-11-2009 12:00:00