Ana səhifə

ƏL-KAHHAR


YazdırSend to friend

"Qüdrətinin qarşısında hər şeyi aciz buraxan."

 

"Hər şeyi hökmünə itaət etdirə bilən bir qalibiyyət və hakimiyyət sahibi."

 

"Düşmənlərini zəlil və pərişan hala gətirən."

 

"Yerin başqa bir yerə, göylərin də (başqa göylərə) çevrildiyi gün, onlar tək olan, Kahhar olan Allahın hüzuruna çıxarılacaqlar." (İbrahim14/, 48)

 

İlahi əxlaqla əxlaqlanmanın bir gərəyi də, Allahın qəhrinə hədəf olanları qəhr etməkdir. Bu nöqtədə xatirimizə dərhal şeytan gəlir. İnsan şeytanı qəhr etdiyi nisbətdə Allahın lütfünə məzhər olar. Şeytanı ən çox qəhr edən şeylər isə, "iman, saleh əməl və gözəl əxlaqdır."

 

Ürəyini, ruhunu və bütün iç dünyasını beləcə gözəlləşdirən insan, şeytanı qəhr etmə yolundadır və ilahi rəhmətə məzhər olmağa namizəd deməkdir.

 

Nəfsiylə, bir ömür boyu qorxmadan usanmadan cihad etmək, onun əmrinə baş əyməmək; küfrdən, şirkdən, haramdan uzaq qalmaq; şübhəliləri də atmağa çalışmaq, Allahın lütfünə çatmanın və əzabından uzaq qalmanın ən böyük səbəbləridir.

 

 

Kahhar adı, insanı üsyan və günahdan məhrum edərək Cəhənnəm əzabından uzaqlaşdırar. Məzlumları da haqqını tapdalayan və özlərinə bir şey edə bilmədiyi zalımlara əzab ediləcəyi müjdəsi verərək, rahatlaşdırar.



03-12-2009 12:00:00