Ana səhifə

ƏL-KAVİYY


YazdırSend to friend

"Tam və kamil bir qüvvət sahibi."

 

"Qüvvəti tam olub haqqında zəiflik mümkünsüz olan."

 

"...Allahın ayələrini inkar etdilər də, Allah da onları günahlarından ötəri tutdu. Şübhəsiz, Allah Kaviyydir, əzabı çox şiddətlidir." (Ənfal surəsi, 52)

 

Kaviyy adı, Allahın qüdrətinin zəiflikdən uzaq və hər şeyə qalib olduğunu ifadə edər. Münkir və müşriklər özlərini nə qədər qüvvətli də zənn etsələr, Allahın qəhri qarşısında zəlil və pərişan olarlar. Keçmiş əsrlərdə, bəzən hava, bəzən yağış, bəzən yer kürəsi insanın qəhrinə vəsilə olmuş və o zalım, inadçı və qürurlu qövmlərə nə qədər zəif olduqları həqiqətən göstərilmişdir.

 

Bu ad da digər adlar kimi, kamalıyla, axirətdə təcəlli edəcək.

 

"Kafirlər əzabı görüncə, bütün qüvvətin Allahın olduğunu anlayacaqlar. "(Bəqərə surəsi, 165)

 

 

Kaviyy adına tabe olan bir qul, maddən və mənən qüvvətli olar; qəzəb və şəhvət kimi eqoist qüvvətlərə qarşı qoya bilər.



03-12-2009 12:00:00