Ana səhifə

ƏL-LƏTİF


YazdırSend to friend

"Ən incə və gizli işləri, bütün incəlikləriylə bilən və onlara çox asan nüfuz edən."

 

"Qullarına, bilinməz yollardan faydalar çatdıran."

 

"Lütflə rəftar edən."

 

Allah Öz bəndələrinə çox lütfkardır; istədiyinə ruzi verər. O, yenilməz qüvvət, qüdrət sahibidir! (Şura Surəsi, 19)

 

Lətif, söz mənasıyla, ‘bərk olmayan, incə, xoş və yumuşaq' mənasını verər. Lətif sözünün, həm ‘lütf və köməklə, həm də lətafətlə yəni ‘qatı və bərk olmamaqla əlaqəsi vardır.

 

Bir adı da Nur olan Allahın bütün sifətləri lətifdir; şəxsi də, sifətləri də maddədən uzaqdır.

 

Bu ayə Lətif adının bu mənasını bizə dərs verər:

 

"Gözlər Onu görə bilməz, O bütün gözləri görər. O Lətifdir, Habirdir." (Ənam surəsi, 103)

 

Allah Öz bəndələrinə çox lütfkardır; istədiyinə ruzi verər. O, yenilməz qüvvət, qüdrət sahibidir! (Şura Surəsi, 19) ayəsində Lətif, ‘son dərəcə lütfkar olan, qullarına incə və bilinməz yollardan lütfkarlıqlarda olan' mənasındadır.

 

"Yaradan bilməz olarmı? O, Lətifdir, Habir'dir."(Mülk Surəsi, 14 ) ayəsində isə Lətif, "ən incə şeyləri asanlıqla bilən" mənasını verməkdədir.

 

Varlıq aləmində lətif varlıqlar, maddi və qatı əşyadan qat qat çoxdur. İnsan ruhu və ona bağlı incə hissiyyatlar buna misal verilə bilər. Mədənin bir qidanı həzm etməsiylə, ağlın bir mənanı qavraması və anlaması bir-birindən nə qədər fərqlidir! Ağıldakı bu incə fəaliyyət Lətif olan Allahın böyük bir lütfkarlığıdır.

 

Balasını qucağına alıb əmizdirən bir ananın qolları körpəsini qucaqladığı kimi, lətif şəfqəti də eyni şəkildə balasını hər istiqamətdən əhatə edər. Bu, Allahın həm o anaya, həm də balasına böyük bir lütfüdür.



03-12-2009 12:00:00