Ana səhifə

ƏL-MƏLİK


YazdırSend to friend

 "Bütün varlıqların sahibi, tək hökmdarı."

 

"Bütün aləmlərin mütləq və tək sultanı."

 

"De ki: İnsanların Rəbbinə sığınıram; insanların məliyinə,

insanların (həqiqi) ilahına..."( Nas surəsi, 1-3)

 

Nur Külliyyatında bir bəhs keçər: Ağalıq Səltənəti. Bu ifadə bizə, bütün aləmlərdə hər nə varsa hamısının ilahi tərbiyədən keçdiyini dərs verir. Bu tərbiyə, bir ‘ağalıq səltənətidir.

 

Allahın, bütün məxluqlar üzərindəki bir başqa səltənəti də ‘xaliqiyyət səltənətidir. Çünki, hər şeyin şəxsi və sifətləri, Onun yaratmasıyla bədən tapmışlar. O isə şəxsi və sifətləriylə heç bir şeyə möhtac olmayan yeganə Məlikdir. Bu səltənətə ortaq olacaq bir başqa məlik düşünülə bilməz.

 

Allahın, bütün ruzi verilənlər üzərində də bir ‘rəzzaqiyət səltənəti' vardır.

 

Həmçinin, bütün həyat sahibləri Onun həyat verməsiylə həyat tapar və bütün vəfat edənlər Onun öldürməsiylə bu dünyadan ayrılarlar; bu isə bir ‘həyat vermə səltənətidir.

 

Malikiyyət, hakimiyyət, qüdrət, izzət, əzəmət bir səltənətdirlər. Bunların hər birinin hökmü altında nə qədər mülklər, nə qədər aciz, zəlil və alçaq məxluqlar vardır.

 

İnsan o mütləq Məliyə qulluq etməklə, ərzin xəlifəsi olma şərəfinə çatar.

 

İnsan ruhu, bədəndəki bütün orqanlara və duyğulara hökm etməklə Məlik adına bir aynadır; ayaqları dilədiyi istiqamətə doğru atar, əllərə istədiyi şeyi tutdurar. Bu qısa dünya həyatında insan beləcə bir imtahan keçirər.

 

•••

 

Məlik adı, hər şeyi Allahın hökmü altında bilməmizi dərs verir bizə. Bu kainatın yeganə məliyinin Allah olduğunu xəbərdarlıq ilə ONun o gözəl səltənətinə üsyan etməkdən nəfsimizi məhrum edər.



09-11-2009 12:00:00