Ana səhifə

ƏL-MƏTİN


YazdırSend to friend

 

"Qüvvəti çox şiddətli olan."

 

"Heç şübhəsiz, Allah ruzi verəndir; O, qüvvət sahibi, Mətindir." (Zariyat surəsi, 58)

 

Mətin, mətanət sahibi deməkdir. Yəni, Allahın qüdrəti üçün, yorulma, zəifləmə kimi nöqsanlıqlar düşünülə bilməz. Onun qüvvəti çox şiddətlidir.

 

Kaviyy, hər şeyə təsirli olan, Mətin isə heç bir şeydən mütəəssir olmayan mənasını verər. Yəni, Kaviyy adının təcəllisi qarşısında bütün məxluqat zəif, alçaq və aciz qaldıqları kimi, Mətin adı qarşısında da məxluqun azı çoxu, böyüyü kiçiyi fərq etməz, heç biri o Mətin qüdrəti yora bilməz, aciz buraxa bilməzlər.

 

Mətin adının sirrinə çatan bir qul, səbir və qüvvət sahibi olar. Kimsə onu haqqdan ayırıb batilə apara bilməz.

 

"Yaxşı qullarını sevən və onlara kömək edən."

 

"Məxluqatını qoruyan və işlərini tədbir edən."

 

"Allah, iman edənlərin Vəlisidir; Onları qaranlıqlardan nura çıxarar. İnkar edənlərin vəliləri isə tağuttur. Onları nurdan qaranlıqlara çıxararlar." (Bəqərə surəsi, 257)

 



03-12-2009 12:00:00