Ana səhifə

ƏL-MUCİB


YazdırSend to friend

"Dua və istəklərə cavab verən."

 

"Rəbbiniz buyurdu: Mənə dua edin. Sizə cavab verim. "(Mumin, 60)

 

Dua, ‘istəmək, tələb etmək' deməkdir. Dua deyilincə, ağlımıza, əvvəlcə, əl açıb yalvarmaq gəlir. Bu, duanın yalnız bir şəklidir və ‘kavli dua' olaraq adlandırılar.

 

Bütün nüvələr, toxumlar, yumurtalar, spermalar istedad diliylə dua edərək, bu istedadlarının kuvvədən hərəkətə çıxmasını tələb edərlər. Dünyada sərgilənən bütün heyvan və bitki növləri, bu dualara cavab verildiyini elan edər və Mucib adından bir təcəlli daşıyarlar.

 

Fitri ehtiyaclarla edilən dualara iki misal:

 

Göz, görmə fitrətindədir, yəni yaradılışında görmə vardır və görmək üçün də işığa möhtacdır. Həmçinin mədə, həzm etmə fitrətindədir və ruziyə ehtiyacı vardır. Bu dualara da cavab verilmiş və günəş bir işıq qaynağı edilərkən, dünya də ruzilərlə doldurulmuşdur.

 

Izdırar diliylə edilən dua isə çarəsizlik içində qıvrılan, yapışacaq heç bir budağı qalmayan ruhların Allahdan mədət diləmələridir. Bunun bir nümunəsi, Yunus əleyhissalamın balığın qarınında etdiyi duadır və bu dua dərhal qəbul edilmişdir.

 

Bütün bu dualara, Allah cavab verər. Həqiqi Mucib ancaq Odur.

 

 

 

Bu addan qulun alacağı dərs, hər şey üçün və daim Allaha möhtac olduğunu xatirdən çıxarmayaraq, ehtiyacları üçün ancaq Onun qapısını döymək, Ondan mədət diləməkdir.

Ayrıca, "Verən əl, alan əldən xeyirlidir." hədisi də düşünüb, özündən istəyənlərə verməyə çalışmaqdır.



03-12-2009 12:00:00