Ana səhifə

ƏL-MUHSİ


YazdırSend to friend

"Hər şeyin sayını bilən."

 

"And olsun ki, O hamısını topdan və tək-tək saymışdır." (Məryəm surəsi, 94)

 

Bu ilahi ad Alim adıyla yaxından əlaqədardır. İkisi arasındakı incə fərq, Müzəyyin (zinət verən, bəzəyən) adıyla Müləvvin (rəng verən) adı arasındakı fərq kimidir. Bilindiyi kimi, bir şeyə zinət vermənin, yəni bəzəmənin bir vasitəsi də onu rənglərlə təchiz etməkdir.

 

Buna görə Allahın Müzəyyin adında, Müləvvin adı da daxildir. Amma, rəng vermə ayrı bir hərəkət olduğundan, Müləvvin də yenə müstəqil bir ad olmuş və bizi rənglər aləmini təfəkkürə sövq etmişdir.

 

Bunun kimi, Allahın Alim adı, ‘hər şeyi, hər şeyiylə bilən' mənasına ümumi bir addır. ‘Ədədləri bilmək' də bu ad içərisinə daxil olmaqla birlikdə, ayrı bir kamal olduğundan, müstəqil bir ad olmuşdur.

 

Bu adla nəzərimiz adətlər və ədədlər aləminə çevrilər və bunların hamısının Allah tərəfindən bilindiyinə diqqətimiz çəkilər.

 

Dənizdəki qum sayından, bədəndəki hüceyrə sayına qədər bütün adətlər, xəyalımızın önünə qoyular. Xəyalın bir hüdud biçməkdən aciz qaldığı bütün bu adətləri Allahın bildiyi nəzərimizə təqdim edilər.

 

Alim və Muhsi adları üçün bir ilə min, min ilə milyard fərqinə varmaz. Ədədlərinə ədəd biçə bilmədiyimiz bütün varlıqlar tək-tək düşünüldüyündə, bunların hər biri yaradılmışdır və Allah bütün bu məxluqatından xəbərdardır.

 

Bir qul olaraq, elmimizin çox məhdud və kifayətsiz olduğunu bilərək, Allahın Alim və Muhsi adlarını təkbirlə yad etməliyik.

 

 

Allahın hər bir sifəti və hər bir adı kimi Alim və Muhsi adları da sonsuz kamaldadırlar.

Və insan ağlı bu kamalı anlama nöqtəsində son dərəcə acizdir.



03-12-2009 12:00:00