Ana səhifə

ƏL-MUHYİ


YazdırSend to friend

"Həyat verən. Dirildən."

 

"Həyatı icad edən."

 

"O, dirildər və öldürər. Və Ona çeviriləcəksiniz." (Yunus surəsi, 56)

 

Cansız elementlərlə toxunan dünyamızda bir milyondan çox canlı növü var. Dünənin, günəşdən qopmuş bir parçasında bu gün çiçəklər açır, quşlar uçur, balıqlar üzür, insanlar gəzişir. Bu bənzərsiz möcüzə, Allahın ‘əhya' yəni ‘həyat vermə' hərəkətiylə icra edilir.

 

"Ölüdən diri çıxararsan, diridən də ölü çıxararsan." (Ali imran surəsi, 27)

 

Cansız yumurtalar, onlardan çıxan canlılar və yenə o canlılardan çıxan cansız yumurtalar birlikdə düşünüldüyündə bu ayə ilə verilən xəbərin, çox təzahürlərinə şahid olunar.

 

Bütün canlıların təməl daşı olan elementlər cansızdırlar. Onlarla toxunan varlıqların həyat sahibi olmaları, həyat möcüzəsinin elementlərin işi olmadığını açıqca göstərər, elan edərlər.

 

Bu kainat fabriki, bütün maşınları, alətləri və çarxlarıyla cansızdır. Həyatdan nəsibsiz olma nöqtəsində yumurtadan çox daha gerilərdə qalar. O fabrikdən çıxan bütün canlılar, Muhyi adını göstərər və həyatlarının o fabrikin işi olmadığını elan edərlər.

 

Kainat fabrikində canlıların yalnız bədənləri toxunar, ruhları deyil.

 

Ölülərdən çıxarılan bütün dirilər, Muhyi adının bir təcəllisinə sahibdirlər.

 

 

Həyat sahibləri deyilincə ağlımıza, insanlar, mələklər, cinlər və heyvanlar gəlir. Yəni, bunlar özlərinə həyat verilməsiylə Muhyi adına ayna olmaqdadırlar.



03-12-2009 12:00:00