Ana səhifə

ƏL-MUİD


YazdırSend to friend

"Ölümdən sonra dirildən."

 

Muid, qaytaran deməkdir. Varlıqların ilahi elmdə planlandıqdan sonra bu dünyaya göndərilmələri, "elm dairəsindən qüdrət dairəsinə ötür." Bu keçiş, icad' ilə reallaşdırma edər.

 

Dünyanın sona çatmasıyla, bütün nəfslər ölümü dadarlar və yenidən elm dairəsinə keçərlər.

 

Axirətdə bu varlıqların ikinci dəfə qüdrət dairəsinə keçirilmələri, bir qaytarmadır və Muid adının təcəllisiylədir.

 

Mövzunu ruh cəhətdən ələ aldığımızda belə də deyə bilərik:

 

İnsanın əsası ruhdur və ruha verilən həyat sifəti onda əbədi olaraq qalacaq, geri alınmayacaq.

 

İnsanın ölməsiylə, ruh həyatını yenə davam etdirər amma bədən artıq əlindən getmişdir.

 

Meyvəni yalnız seyr və təfəkkür edər, lakin dadına baxa bilməz. Çünki, dil əlindən getmişdir.

 

Digər cismani ləzzətlər də buna müqayisə edilə bilər. Məhşərə çıxışda, ruha yenidən bədən qaytarılacaq və bu yeni dirilişlə ruh, cismani ləzzət və əzabları almağa yenidən başlayacaq.

 

Bu adı yad edən bir mömin, ölümün mütləq yoxluq olmadığını bir dəfə daha xatırlayacaq və bədən-ruh birliyiylə keçirdiyi bu həyatın, ölümlə sona çatmayacağını, bədəninin daha mükəmməl bir şəkildə özünə yenidən qaytarılacağını xatırlayacaq.

 

Bu ikinci yaradılışın özü haqqında Cənnət olaraq təzahür etməsi üçün, ömürünü istiqamət dairəsində keçirməyə çalışacaq. Əks halda, Cəhənnəmdə həm cismani, həm də ruhani əzablar çəkəcəyini xatırlayıb nəfsini düzəldəcək, şeytandan uzaq dayanacaq.



03-12-2009 12:00:00