Ana səhifə

ƏL-MUİZZ / ƏL-MÜZİLL


YazdırSend to friend

Muizz: "Dilədiyinə izzət və qüvvət verən, elmdə yüksəldən."

 

Müzill: "Dilədiyini zəlil edib rəhmətindən uzaqlaşdıran. Xor və alçaq edən."

 

"...Bilin ki, Allahı aciz buraxacaq deyilsiniz. Həqiqətən Allah, inkar edənləri xor və aşağı edəndir." (Tövbə, 9/2)

 

İzzət deyilincə ağılımıza dərhal gələn məna üstünlük və qalibiyyətdir. Möminlər əzizdir, kafirlər zəlil. Alimlər əzizdir, cahillər zəlil.

 

İzzət ən böyük bir xeyrdir. Bütün xeyrlər əlində olan Allah, izzətin də yeganə sahibidir. Qullar Onun əziz etməsiylə bu şərəfdən nəsiblənərlər.

 

Kamil insanlar, dünyaya xəlifə olmalarından, Cənnətə namizəd olmalarına qədər bütün izzət təcəllilərinin Allahdan olduğunu bilərək, Onun qüdrət və əzəməti, rəhmət və lütfkarlığı qarşısında səcdəyə bağlanarlar.

Səcdə, nəfsin, zilləti ən irəli səviyyədə daddığı, buna qarşılıq ruh və ürəyin izzət və şərəf qazandığı ən üstün bir mövqedir. Qulun Rəbbinə ən yaxın olduğu haldır; Allaha yaxınlıq isə ən böyük bir izzətdir.

Allah, nəfsinə əsir və şeytana kölə olmağı böyüklük sayanları, Müzill adıyla alçaldar, alçaq edər.

Bir qul, Allahın əziz etdiklərinə təzim etməklə izzətə qovuşar; zəlil etdiklərindən uzaq qalmaqla da zillətdən xilas olar.

Nur Külliyyatından bir cümlə:

"İzzət və zillət və sərvət birbaşa Cənabı Haqqın iradəsinə bağlıdır." (Sözlər)

Bu mövzuda, vaxtilə qələmə aldığım bir yazıdan bir hissəsi ifadə edirəm:

İzzət tacı da zillət köynəyi də Allahın xəzinəsində... Bunları məxluqatına sırayla geydirər...

Əvvəlki günün əzizləri, dünən zəlil oldular. Bu günki əzizlər də zilləti dadmaq üçün sabahı gözləyirlər...

Ətrafımız, bu iki ayrı təcəllinin misallarıyla qaynaşır...



03-12-2009 12:00:00