Ana səhifə

ƏL-MUKİT


YazdırSend to friend

"Hər şeyi layiqiylə bilib güdən və hər şeyə qüdrəti çatan."

 

"Azuqələri yaradıb bədənlərə göndərən." (Qəzali )

 

Mukit, elm və qüdrətə birlikdə dəlalət edən bir ilahi addır. Hər möhtacın nəyə möhtac olduğunu bilmək elm ilə olar. Bu ehtiyacı yerinə yetirmək isə qüdrət tələb edir. Buna görə, bir məxluqun ehtiyacının güdülməsi və yerinə yetirilməsiylə Mukit adı təcəlli edər.

 

Ehtiyaclar maddi ola biləcəyi kimi mənəvi də ola bilərlər. Cahiliyyə dövründə insanların ən böyük ehtiyacı, ‘tövhid inancı idi'. Bundan məhrumiyyət, onları bütlərə ibadət edəcək qədər pərişan etmişdi. Cənabı Haqq, o qövmə ən son və ən böyük Elçisini (s.ə.s.) göndərmək surətiylə, onların bu ehtiyacına ən gözəl şəkildə cavab verdi.

 

Mukitin bir başqa mənası da, "Hər möhtaca ehtiyacı qədər ruzi verən" şəklindədir. Bu ad, kut və qida vermək demək olan ‘ikate' hərəkətindən gəlməkdədir. Bir canlının yemə, içmə, görmə, eşitmə, getmə kimi hər cür ehtiyacı Rəhman və Rəzzaq olan Allah tərəfindən qarşılanır.

 

Hər canlıya, özünə çatacaq qədər ruzi vermək ‘ikate' hərəkətiylə reallaşdırılır və bu ilahi lütfkarlıqda Mukit adı təcəlli edir.



03-12-2009 12:00:00