Ana səhifə

əl-Mumin


YazdırSend to friend

"Özünə sığınanları əmin edən."

 

"Təhlükəsizlik verici."

 

"Qullarını iman şərəfiylə şərəfləndirən."

 

"Peyğəmbərlərini təsdiqləyib təsdiq edən."

 

"O, ...Salamdır, Mömindir, Muhəymindir."

(Həşr,  23)

                                                       

 

Bu adın verdiyi gözəllik ilə, insan öz bədənindəki çox fəaliyyətin nizam və intizamla getdiyindən əmin olaraq, başqa işlərlə məşğul olar.

 

İman şərəfinə çatan bir qul, "Hər şeyin düzümü Onun əlində; hər şeyin xəzinəsi Onun yanındadır." deyərək, Allaha təslim olar və təvəkkül edər. Özünü, dünya müsibətlərindən qəbir əzabına, məhşərin dəhşətindən Cəhənnəm alovuna qədər hər cür təhlükə və zərərdən ancaq Allahın qurtara biləcəyinə iman edərək, Onun razılığını qazanmağa çalışar.

 

 

Nur Külliyyatında bunlar belə dilə gətrilir:

 

"İmana gəl ki əzabdan əmin olasan. Qədərə təslim ol ki salamatlıqda qalasın." (Məsnəvi Nuriyyə)

 

İmana gələn insan, xeyr olsun şər olsun hər şeyi Allahın yaratdığını bilər. Allahı həqiqi malik bildiyindən mülk aləmindəki heç bir varlıqdan qorxmaz.

 

Xəstəliklərə qarşı Şafi adına sığınar. Səbəblərə dayanaraq, dərmanlarını istifadə etsə də şəfanı Allahdan gözləyər və nəticədən əmin olaraq rahatlayar. Bu nəticə ən pis ehtimalla ölümdür. Ölüm isə Allahın Mümit adındandır. Allah, Muhyi adını təcəlli etdirməklə həyat verdiyi qulunu, ölüm hadisəsiylə qəbirə göndərər. Və qəbir, iman əhli üçün dünyadan daha gözəldir.

 

Kainatın yaradılışından qiyamətin qopmasına, günəşin doğulub batmasından, canlıların dünyaya gəlib köçmələrinə qədər bütün hadisələri, ilahi adların təcəllisi olaraq seyr edən bir mömin, hər cür əzabdan əmin olaraq, dünyada Cənnət həyatı yaşar.

 

Bu adın təcəllisiylə təhlükəsizlik içində yaşamaq, yalnız mömin qullara məxsus deyil. Yuvasından çıxıb uçan bir quş, ruzi barəsində heç bir narahatlıq daşımaz. Hara gedib nələr edəcəyini əvvəldən planlamadan, bir ilahi ilham ilə və tam bir təhlükəsizlik içində ruzisini axtarar və tapar.

 

Bu həqiqət bütün heyvanlar aləmi üçün də etibarlıdır.



09-11-2009 12:00:00