Ana səhifə

ƏL-MUMİT


YazdırSend to friend

"Ölümü yaradan."

 

"Canlılara ölümü daddıran."

 

"O, dirildər və öldürər. Və Ona çeviriləcəksiniz." (Yunus surəsi, 56)

 

Mümit adı, ‘eyhamda' yəni ‘öldürmə' hərəkətindən gəlməkdədir.

 

İnsanın həyat vəzifəsinə başlaması ‘əhya' hərəkətiylə reallaşdığı kimi, bu vəzifədən tərxis edilməsi də ‘eyhamda' hərəkətiylə reallaşar.

 

Ruhun bədən həbsinə soxulması kimi, bu həbsdən azad edilməsi də ayrı və müstəqil bir hərəkətdir. Onsuz da, ölüm ‘bu dünyadan qəbir aləminə doğuş' deməkdir. Bu doğuş, təsadüfi və təsadüfən olmuş bir hadisə deyil.

 

Ruh bu ilahi hərəkət ilə bir ölkədən bir başqa diyara köç etdirilmişdir. Əgər bu köç təsadüfə verilsə, insanın dünyaya inkişaf etdiyinin də öz-özünə olması lazımdır.

 

Nur Müəllifi, "(Allah, o şəxsdir ki,) həyatı və ölümü yaratdı" (Mülk surəsi, 2) ayəsini təfsir edərkən, belə buyurar:

 

"Ölüm, vəzifəsi həyatdan bir tərxisdir, bir fasilədir, bir məkandır, bir təhvili bədəndir, bir məbəddir. Necəki həyatın dünyaya gəlməsi bir xəlq və təqdir ilədir; elə də, dünyadan getməsi də bir xəlq və təqdir ilə, bir hikmət və tədbir ilədir." ( Məktubat)

 

 

Qulun bu addan alacağı ən böyük dərs, ölümü unutmamaq və bütün işlərini ölüm sonrası əbədi həyata görə tənzimləməkdir.



03-12-2009 12:00:00