Ana səhifə

ƏL-MUNTAKİM


YazdırSend to friend

"Zülm etmədən intiqam alan."

 

"Üsyankarların belini qıran, canlıları cəzalandıran."

 

 

"Vaxta ki, bizi beləcə qəzəbə dəvət etdilər; biz də onlardan intiqam aldıq, beləcə onları toplu olaraq suda boğduq." ( Zuxruf surəsi, 55)

 

 

İlahi intiqamın ilk həmsöhbətləri, insanları şirk, küfr, dəlalət və pozğunluq yoluna sürümək üçün çalışan din və əxlaq düşmənləridir. Cənabı Haqq bunlardan belə intiqamını dərhal almaz və onlara tövbə etmələri üçün müddət verər. Yaşadıqları müddətcə, bütün kainatı onlara da xidmət etdirər, onlara ruzi verər, bəsləyib böyüdər.

 

Tövbə etməyərək üsyanında israr edən kəslərdə, Müntakim adını təcəlli etdirər. Bu təcəlli şox dəfə axirətə buraxılar. Çünki intiqam və cəza diyarı orasıdır.

 

Bəzən, insanlara ibrət olmaq üzrə bu dünyada da bu adın təcəlliləri görülər; Nuh və Səmud qövmünün başına gələnlər kimi.

 

Bu adın təcəllisinə tabe olacaq bir başqa qrup isə zalımlardır. Zalımlar, qul haqqına təcavüz etməklə, özlərində bu adın təcəlli etməsini, bir baxıma istəmiş olarlar.

 

Bir mömin, təqva dairəsində yaşayaraq bu adın təcəllisindən həssaslıqla qaçınmalıdır. Nə öz nəfsinə, nə də digər qullara zülm etməməlidir.

 

O günahsız orqanlarını və duyğularını üsyan yolunda istifadə edən bir insan, onlara zülm etdiyini düşünməli və özündən mütləq intiqam alınacağını bilərək qorxmalı və tövbə yoluna girməlidir.



03-12-2009 12:00:00