Ana səhifə

ƏL-MUQSİD


YazdırSend to friend

"Məzlumun haqqını zalımdan alan."

 

"Haqsızlıqları düzəldib haqqı yerinə yetirən."

 

"Qullarına rəftarı, tam ədalət və mərhəmət üzrə olan."

 

 

Allah, zülmə düşən bir qulunun haqqını zalım qulundan alarkən, o zalımın hüququna da riayət edər. Ona da zülm etməz.

 

İnsanların bu mənada bir ədalət təsis etmələri olduqca çətindir. Məsələn bir insan digər bir insana on vahid zərər vermişsə, zərər verənə on iki vahid cəza vermək zülmdür.

 

Maddi hüquqa təcavüzdə, bu bir dərəcə reallaşdırıla bilər. Amma mənəvi hüquqda, insan işin içindən çıxa bilməz. Bir qul nə ölçüdə təhqir edilmişsə, qarşıdakı adama da o qədər cəza vermək yaxud hər ikisini də məmnun edəcək bir yol tapmaq, insan taqətinin çox üstündədir.

 

Allah, Muqsid adıyla ədaləti elə təsis və təmin edər ki nəticəyə zalım da razı olar, məzlum da.

 

Bunun sonsuz misalları axirətdə, hesab günündə reallaşacaq.



03-12-2009 12:00:00