Ana səhifə

ƏL-MUTƏKƏBBİR


YazdırSend to friend

"Böyüklüyünü hər şeydə və hər hadisədə göstərən."

 

"Qürur və əzəmət özünə məxsus olan."

 

"Hər şey, onun yanında alçaq olan." (Qəzali)

 

"O ...Əzizdir, Cəbbardır, Mutəkəbbirdir."( Həşr, 23)

 

Böyüklüyünü göstərməklə, ‘böyüklənmək' fərqli şeylərdir. Sonsuz dərəcədə aciz və kasıb olan insanın, böyüklənməyə cəhd etməsi, onun haqqında pis bir sifət olar.

 

Allah, insanların anladığı mənada böyüklənməkdən uzaqdır. Çünki, Kəbir, Əzm və Aliyy ancaq Odur. Bütün varlıqlarda görülən böyüklüklər Onun böyütməsiylə, ucalıqlar Onun ucaltmasıyladır. O halda Mutəkəbbir adını, Allahın böyüklüyünü elan etməsi şəklində anlamalı və Onun böyüklüyü qarşısında hər kəsin və hər şeyin zəlil, alçaq, kasıb və möhtac olduğunu bilməliyik.

 

Axirətdə, bu həqiqət bütün aydınlığıyla görüləcək. Amma, əhəmiyyətli olan, bu həqiqəti bu dünyada görməkdir.

 

Mutəkəbbir adı Qurani Kərim belə xəbər verilir.

 

"O gün onlar (qəbirlərindən) atılıb çıxarlar. Allaha qarşı heç bir şeyləri gizli deyil. (Buyurular ki:) ‘Bu gün mülk kimindir?' (Belə cavab verilər:) "Tək və Kahhar olan Allahındır." ( Mömin, 40/16)

 

Demək olar ki, bu mübarək ad, bizə aciz, nöqsanlı, zəif, fani olduğumuzu dərs verməkdə və böyüklüyünü elan etmənin ancaq Allaha məxsus olduğunu xəbərdarlıq ilə nəfsimizi həddi aşmaqdan məhrum etməkdədir.

 

Allah Elçisi (s.ə.s.) bir hədisində beş şeyə heyrətləndiyini bildirir. Bunlardan birini də belə ifadə edir:

 

"Əvvəlinin bir ətdən, axırının bir ölü olduğunu bildiyi halda böyüklənən insana çaşaram."

Fatihə Surəsində, "bütün həmd və sənanın, aləmləri tərbiyə edən, Rəhman və Rəhm olan Allaha aid olduğu" bəyan edildikdən sonra, Allahın ‘din gününün də sahibi olduğu' nəzərə verilər. Bu ayələrlə Allah, böyüklüyünü elan etmiş və insanlar, aciz və kasıb bir qul olduqlarının idrakı içində, "Biz ancaq sənə ibadət edər və tək səndən kömək diləyərik." deyə Allaha tərif etmişlər, Ona sığınmışlar, Ona güvənmişlər.

 Namazın hər rükətində təkbir gətirən və bu təkbirin mənasını təsdiq etmək üçün əl bağlayan, bel bükən, üzünü yerə sürtən insan, Mutəkəbbir olmanın ancaq Allaha xas olduğunu bütün duyğularına beləcə həzm etməkdə və qulluq şərəfindən hissəsini beləcə alırlar.

Qula yaraşan, böyüklənmək deyil qulluq etməkdir.

Qulun bu addan həzz alması, bu varlıq aləmində, Allahın böyüklüyünü göstərən sonsuz şahidləri seyr etməsinə bağlıdır.



09-11-2009 12:00:00