Ana səhifə

ƏL-QƏDR / ƏL-MÜQTƏDİR


YazdırSend to friend

Qədr: "Qüdrət sahibi."

 

"Dilədiyi kimi etməyə gücü çatan."

 

"Diləsə edən, diləməzsə etməyən."

 

Müqtədir: "Qüdrətini göstərən."

 

"...Şübhəsiz onu (dünyanı) dirildən, ölüləri də əlbəttə dirildicidir. Çünki O, hər şeyə Qadirdir." (Fussilət surəsi, 39)

 

 

Qüdrət, ‘hərəkətin səhhəti və tərzi` şəklində təsvir edilər. Yəni, bir işi etməyə güc çatdıra bildiyi kimi, o işi tərk etməyə də güc çatdıra bilən kimsə qüdrət sahibidir. Bunlardan birinə sahib olmayana, qədr (qüdrət sahibi) deyilməz.

 

Bir insan, qolunu qaldırmağa da güc çatdırar, endirməyə də. Beləcə, bu çox az qüvvətiylə, qüdrət sifətindən bir təcəlliyə sahib olmuş olar. Amma, böyük günəş bütün planetlərini ətrafında çevirməsinə baxmayaraq, qüdrət sahibi sayılmır, çünki bu hərəkəti tərk etmə imkanından məhrumdur.

 

Günəşin, Allahın qüdrətini elan etməsi və o qüdrətə ayna olması ayrı məsələdir.

İnsan yaradılmadan əvvəl də, ilahi qüdrət yenə fəaliyyətdə idi. Amma, nə daşda, nə ağacda, nə günəşdə, nə ulduzda o qüdrətin varlığını kəşf edəcək qabiliyyət yox idi. Çünki özləri qüdrət sahibi deyildirlər. İnsan, bu aləmə sonradan gəldi amma, bu nöqtədə özündən əvvəlkilərin hamısını geri buraxdı. Özünə cüzi bir qüdrət verilməsiylə, Allahın qüdrətini bilmə qabiliyyətinə qovuşmuş oldu.

 

Allahın bütün sifətləri kimi qüdrəti də şəxsidir. Yəni, bu qüdrət Onun şəxsindəndir; bir başqası tərəfindən verilmiş deyil. Və bu qüdrət şəxsi olduğu üçündür ki, qüdrətin ziddi olan acizlik o qüdrətə girə bilmir, daxil ola bilmir.

 

Bir çiçək nə üçün tənəffüs edir? Rəngləri şəxsi olmadığı üçün.

 

Bir lampa nə üçün sönür? İşığı şəxsindən olmadığı üçün.

 

Bizim qüdrətimiz sonradan verilmişdir, Haqqın məxluqudur, ilk və son nöqtəsi vardır. Allahın qüdrəti üçün az-çox, böyük-kiçik fərq etməz. Bu həqiqəti, Quranı Hakim bu ayəsiylə bizə dərs verər:

"Yaradılmanız və yenidən dirildilməniz bir tək nəfs (bir insanın yaradılması və dirildilməsi) kimidir. "(Loğman surəsi, 28)



03-12-2009 12:00:00