Ana səhifə

ƏL-QƏYYUM


YazdırSend to friend

"Bütün sifətləri sonsuz və sərhədsiz olan."

 

"Geniş rəhmətiylə bütün varlıqları əhatə edən."

 

"Sərhədsiz elmi, olmuş və olacaq hər şeyi içinə alan."

 

"Bu, Allahın bir fəzlidir, onu dilədiyinə verər. Allah, Qəyyumdur, Alimdir." (Maidə, 54)

 

Bu ilahi ad, məna tərəfindən, Mühit adına yaxın görünsə də, Qəyyum adı əksəriyyətlə Allahın şəxsi və sifətləri üçün, Mühit adı isə hərəkətləri üçün istifadə edilər. Məsələn, "Allah, o Qəyyum' mərhəmətiylə bütün məxluqatı Mühitdir (əhatə etmişdir)" dediyimizdə hər iki adı birlikdə istifadə etmiş olarıq. Və aralarındakı fərqi bir dərəcə hiss edərik.

 

Allahın mərhəməti qəyyumdur. Məxluqat yaradılmadan əvvəl də bu belə idi, yenə belədir. Məxluqatı yaratdığında Onun o qəyyum mərhəməti hər möhtacı əhatə etmişdir.

 

İlahi elm, qüdrət və sair sifətlər üçün də bənzər şeylər deyilə bilər.

 

Buna görə, Mühit adı, hərəkəti bir addır, əhatə etmə hərəkətinə dayanır. Qəyyum' isə Allahın şəxsinə və sifətlərinə baxar.

 

Bütün səma təbəqələrini və ərzi örtən Kürsi, Allahın Qəyyum' adının ən böyük bir təcəllisidir.

 

"Onun Kürsisi, bütün göyləri və yeri əhatə etmişdir." (Bəqərə, 254)



03-12-2009 12:00:00