Ana səhifə

ƏL-QAYYUM


YazdırSend to friend

"Varlığı və davamlılığı öz şəxsindən olan."

 

"Zaval tapmayıb davamlı qaim olan."

 

"Hər şeyi dəstək olan, varlıqlarını davam etdirən."

 

"Allah, özündən başqa heç bir ilah olmayan, Hayy və Qayyum olandır." (Al- İmran surəsi, 2)

 

Nur Külliyyatından, Qayyum adının bir tərifi:

 

"Bu kainatın Xaliqi Zülcelali Qayyumdur. Yəni özlüyündə qaimdir, daimdir, baqidir. Bütün əşya onunla qaimdir, davam edər və bədəndə qalar, davamlılıq tapar.." Ləmalar

 

Allah, insanın ayaqda dayanmasını yerdəki çəkiliş qanununa, bədənin canlı olmasını ruh qanununa, Ayın düşməməsini Dünyanın çəkilişinə, Dünyanın dönməsini də Günəşin cazibəsinə bağlamış və bu məxluqlarında Qayyum adını təcəlli etdirmişdir.

 

Bütün bu səbəblər zəncirini şəxsən yaradan və əşyanı onlarla dəstək olan Allah, əlbəttə davam və davamlılığı üçün başqasına möhtac olmayacaq. Çünki, Onun varlığı şəxsindəndir, başqalarının varlığı isə Onun var etməsiylədir. Varlığı şəxsindən olanın qıyamı da yenə öz şəxsi ilədir.

 

Allah, ‘əmr aləmi' deyilən bir qanunlar mənzuməsiylə, əşyanı sövq və idarə edir, varlıqlarına dəstək olur, davamlarını təmin edir.

 

 

Dünyada iman əhli yaşadıqca, qiyamətin qopmayacağı diqqətə alındığında, iman və ibadətin də kainatı bir baxıma dəstək olduqları və Qayyum adına bir başqa şəkildə ayna olduqları aydın olar.

 

Qayyum adını təfəkkür edən insan, ürəyini ancaq Allaha bağlar, şükrünü tək Ona edər.

 

Onun var etməsiylə var olan və Qayyum adının təcəllisiylə ayaqda dayanan fanilərə könülünü

bağlamaz.



03-12-2009 12:00:00