Ana səhifə

ƏL-QUDDÛS


YazdırSend to friend

"Zatında, sifətində, feillərində, isimlərində, hökmlərində

hər cür ləkədən, əskiklikdən çox uzaq, çox təmiz. "

"Hər şaibədən(küsur) münəzzəh, çox təmiz və pak olan."

"Göylərdəkilər və yerdəkilər, Məlik, Qüddus,

Əziz və Hakim olan Allah'ı təsbeh edərlər. "(Cümə surəsi, 62/1)

Allah, maddədən, dəyişməkdən, təsir altında qalmaqdan, acizlikdən, köməkçiyə möhtac olmaqdan, bilməməkdən, gücü çatmamaqdan, istədiyini icra edə bilməməkdən və hər cür ayıbdan çox yüksək, çox uzaq olduğu kimi, özü haqqında bəşər ağlının və xəyalinin məhsulu olaraq ortaya atılan hər cür sifətdən, bənzətmədən də münəzzəhdir.

Quddus isminin, səlbi sifətlərindən biri 'müxalifət-ün lil havadis' sifətinə əsaslandığı ifadə edilmişdir.

Quddus adının kainatdakı təcəllisi, səma üzündən dəniz üzünə, çiçəklərdən meşələrə qədər hər şeydə mükəmməl bir təmizliyin hökm sürməsidir.

Nur Külliyyatında bir həqiqət dərsi:

"İsmi-i Kuddüs'ün cilvə-i âzamından gələn tanzif və nəzafət, bütün kainatın mevcudatını təmizləyir, gözəlləşdirir. Bəşərin bulaşıq əli qarışmamaq şərti ilə, heç bir şeydə həqiqi nəzafətsizlik və çirkinlik görünmür. "(Ləmalar)

Bu ada qarşı qulun vəzifəsi təqdis və təsbehdir. Təqdis, 'Allah'ı kamal sifətlərlə vəsf etmək'; təsbeh isə 'nöqsan sifətlərdən tənzih etmək'dir. Məsələn 'Allah hər şeyə qadirdir "demək təqdis; 'Allah acizliyindən münəzzəhdir' demək təsbehdir.

Quddus ismi, Allah'ın bütün nöqsanlıqlardan münəzzəh və müqəddəs olduğunu dərs verməklə, bizi təmiz bir qul olmağa dəvət edərkən, Quddus olan Allah'ın hüzuruna səlim bir qəlb və təmiz bir bədənlə çıxılması lazım olduğunu da xəbərdarlıq edir.

"Pis xislətlər, batil etiqadlar, günahlar, bidətlər; mənəvi kirlərdən olduqlarını unutmamalıyıq. " (Ləmalar)

•••

Bir mömin, şübhə və tərəddüdlərə, bâtıl anlayışlardan və xurafatlardan ayırd edilmiş tərtəmiz bir etiqada; nümayişdən, riyadan və mənfətdən uzaq ixlaslı bir ibadətə və hər cür pis əxlaqdan uzaq bir ruha sahib olmaq üçün səy göstərdiyi ölçüdə bu müqəddəs isimdən feyz alar. Bir günah işlədiyində dərhal tövbə edərək o ləkəni ruhundan silməyə çalışar.

Quddus adına məzhər olmanın bir yolu da, maddi təmizliyə diqqət etməkdir.

Buna görə, bir insan maddi təmizliyə diqqət etdikcə kainatdakı paklığa və təmizliyə ayaq uydurmuş olar, mənəvî təmizliyinə həssaslıq göstərdiyi ölçüdə də mələklərə yaxınlaşar.

Nur külliyyatından gözəl bir təsbit ilə bu bəhsi tamamlamaq istəyirəm:

"O dəətli Cəhənnəm fabriki, digər vəzifələri içində, aləm-i vücud (varlıq aləmi) kâinatını aləm-i adəm (yoxluq aləmi) pisliklərindən təmizlətdirir." (Şüalar)

Buna görə, Quddus adının ən yüksək bir təcəllisi də Cəhənnəmdə təhəqqüq edəcək.

Mizanda günahları ağır bgələn möminlər, bu günahlardan təmizlənmək üzrə Cəhənnəmə gedəcəklər və lazımlı əzabı dadıqdan sonra, tərtəmiz olaraq Cənnətə qovuşacaqlar.

Küfr üzrə ölənlərə gəlincə, Quddus ismi onlarda da bir başqa şəkildə təcəlli edəcək və onları imansızlıq çirklərindən təmizləyəcək. Artıq hamısı Cəhənnəmə və mələklərə inanırlar və bu dəhşətli əzabdan xilas olmaq üçün Allah`dan mədət diləyəcəklərdir. Amma bu gec qalmış təsdiq, onları Cəhənnəmdən qurtarmağa çatmayacaq.



09-11-2009 12:00:00