Ana səhifə

ƏL-VƏKİL


YazdırSend to friend

"Varlıqların bütün işlərinə zamin olan."

 

"İşlərini özünə buraxanların, istəklərini ən yaxşı şəkildə yerinə yetirən."

 

"Özünə təvəkkül edilən."

 

"...Allah, qaranlıqlarda qurduqlarını yazır. Sən də onlardan üz çevir və Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər."( Nisa surəsi, 81)

 

Bir işi öz başına etməyə güc çatdıra bilməyənlər, onu bir vəkilə həvalə edərlər.

Kainata bu mənada nəzər etdiyimizdə, hər kəsin və hər şeyin dərhal bütün işlərini, mütləq Vəkil olan Allaha buraxdıqlarını görərik.

 

Bütün bitkilər aləminin, baharın gəlməsi mövzusunda vəkilləri ancaq Allahdır. Bir milyondan çox heyvan növünün, o rəqəmlərə sığmaz fərdlərinin hamısının, ruzi mövzusunda vəkilləri yenə Allahdır. Bədəndəki yüz trilyona yaxın hüceyrəyə ruzi yetişdirmə barəsində insanın etdiyi şey, yalnız loxmasını ağzına atmaq, tapdalamaq və udmaqdır. Bundan kənar bütün işlər, mütləq Vəkil olan Allah tərəfindən, ən gözəl şəkildə görülər.

 

Toxumu tarlaya əkən bir cütçü də kəndinə gəlib istirahətə çəkilərkən, yenə O mütləq Vəkilə işini buraxmışdır.

 

İnsan olsun heyvan olsun, bütün canlılar gecə yuxuya gedərkən Allaha təvəkkül edərlər və dünyanı günəş ətrafında saatlarla çevirərək özlərini səhərə salamat çıxaracaq o mütləq Vəkilə təvəkkül ilə rahatca yatarlar. Bunun bir bənzərini də gündüz sərgilərlər. Dünyanın həssas ölçülərə uyğun gələrək intizamla dönüşündən, aldıqları nəfəsin qanlarını təmizləməsinə qədər hər işlərində Allahı vəkil tanıyar və Ona təvəkkül edərlər.



03-12-2009 12:00:00