Ana səhifə

ƏL-VƏLİ


YazdırSend to friend

Allah, yaratdığı hər məxluqunu qoruyar və ehtiyaclarına kömək edər. Çünki, onda ilahi adlarından bir qisimini təcəlli etdirmiş, Rəbbani sənətlərindən bəzilərini sərgiləmiş, nümayiş etmişdir.

 

Allahın ən böyük, ən qiymətli əsəri insandır. Allah, insana cüzi iradə verdiyi və beləcə onu bir imtahana tabe tutduğu üçün, insanı sevməsini də, bu iradənin yerində istifadə edilməsinə bağlamış və belə buyurmuşdur:

 

(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali imran surəsi, 31)

 

Bu ayə, Allah sevgisindəki ölçünü ən dəqiq şəkildə ortaya qoymuşdur.

Sünnəyə uyğun gəlmək deyilincə, Allah Rəsulunun (s.ə.s.) əmrlərini tutmaq, qadağanlarından çəkinmək, iman, bacarıq, ibadət, təqva, saleh əməl və gözəl əxlaqda Onu rəhbər qəbul etmək və Onun halıyla hallanmağa çalışmaq aydın olar.

 

Bir insan bu sahədə nə qədər irəli gedərsə Vəliyy adından o qədər feyz almış olar.

•••

 

Vəli, ibadət və itaətləriylə Allahın dostluğunu qazanan kimsədir. Bu ada tabe olan qulunu, Cənabı Haqq qoruyar; onu bir an belə nəfsiylə baş-başa buraxmaz.



03-12-2009 12:00:00