Ana səhifə

ƏL-VALİ


YazdırSend to friend

" Bütün məxluqat aləmini tədbir və idarə edən."

 

"Əşyanın mütevellisi, mutasarrıfı."

 

Bu kainata ‘insanı əkbər', onun meyvəsi olan insana da ‘aləmi asgar' deyilər.

 

İnsanı əkbər deyilən bu ucsuz-bucaqsız aləm, Vali adının təcəllisiylə, bir insan kimi asanca tədbir və idarə edilir.

 

Vali adının aləmi asgar olan insandakı təcəllisiylə də, hər duyğuya, hər orqana və hər hüceyrəyə ən uyğun vəzifələr yüklənir; o vəzifələrin yerinə yetirilməsi üçün lazımlı bütün şərtlər də ən gözəl şəkildə hazırlanır.

 

Bədən xanasını ruh qanunuyla tədbir və idarə edən Allah, aləm şəhərini də, şəriəti fitriyə deyilən bir qanunlar mənzuməsiylə, ən mükəmməl şəkildə tənzimləyir.

 

İnsana düşən vəzifə, öz varlığında icra edilən bu tədbir və idarə üçün Rəbbinə həmd və şükrdə olmaq və bütün kainatda hökm edən ilahi tədbir və tənzimi də heyrət və ibrətlə təfəkkür etməkdir.



03-12-2009 12:00:00