Ana səhifə

ƏL-XALİQ / ƏL-BARİ


YazdırSend to friend

Xaliq: "Əşyanı ölçü ilə yaradan; yoxdan var edən."

 

Əl-Bari: "Əşyanı müxtəlif şəkillər və surətlərlə bir-birindən

görkəmli surətdə yaradan."

 

"Hər varlığı, var edən."

 

"O Allah ki, Xaliqdir, Barıdır, Musavvirdir. Ən gözəl adlar Onundur." (Həşr, 24)

 

Bütün varlıq aləmi bu iki adın təcəlliləriylə doludur. Bir vişnə nüvəsində vişnə ağacının, albalı nüvəsində də albalı ağacının planını yerləşdirmək bir elm əsəridir və o nüvələrin beləcə yaradılmış olmaları Xaliq adını göstərir.

 

Bu nüvələr, ağac halına gəldiklərində və meyvə verdiklərində bir-birlərindən daha dəqiq şəkildə ayrılarlar. Bu ayrılıq, bu fərqliləşmə, əl-Bari adını elan edir.

 

 

Bu həqiqət insanlıq aləmində bütün aydınlığıyla oxunar:

 

Spermalarda insanın bütün orqanlarının şəkilləri, yerləri böyüklükləri və ədədləri genetik proqram halında yazılıdır. Bununla birlikdə, Allah, hər insana da digərindən bir fərqlilik, vermişdir. Bu fərqliliklə, insanlar bir-birlərindən, ayrılarlar.

 

O halda, bir insan, yaradılışı ilə Xaliq adını, digər insanlardan fərqli olmasıyla da əl-Bari adını göstərir.

 



09-11-2009 12:00:00