Ana səhifə

Əməli-saleh nədir?


YazdırSend to friend

Əməli saleh; "yaxşı, gözəl və faydalı iş", "Allahın rizasına uyğun əməl" deməkdir.

 

"And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa." (Əsr Surəsi, 1-3)

 

Qurani Kərimdə, imandan dərhal sonra əməl-salehin zikr edildiyi bir çox ayə vardır. Bu bir irşaddır, bir diqqət çəkmədir. Allaha iman edən bir insanın, bu imanını, qulluq şüuruyla və ibadət həyatıyla dəstəkləməsi lazım olduğu mövzusunda bir İlahi xəbərdarlıqdır.

İmanla saleh əməlin birlikdə zikr edildiyi bir başqa ayə:

 

"İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü (ağacları) altından çaylar axan Cənnət bağları vardır." (Bəqərə Surəsi, 25)

 

Əməlin saleh olması böyük əhəmiyyət daşıyır. Əməlin saleh olmasının ən əhəmiyyətli şərti, ixlasdır, yəni o işdən, o ibadətdən, o xeyirdən yalnız Allah rizasının gözlənilməsi, başqa bir məqsəd güdülməməsidir.

Nur Müəllifi, "saleh əməlin ruhunun ixlas olduğunu" bəyan etməklə ixlas şərtindən məhrum əməlləri ruhsuz varlıqlara, heykəllərə bənzətmiş olur. Yüzlərlə insan heykəlini bir araya gətirsəniz bir insan etməzlər, çünki həyatları yoxdur, ruhları yoxdur. Riya üçün, maddi mənfəət üçün, desinlər yaxud deməsinlər üçün edilən bütün ibadətlər bu qrupa daxildir.

Bu da var ki, saleh əməl üçün, ruh yanında bədənin də ayrı bir əhəmiyyəti vardır. İxlas ilə edilən ibadətlərdə, şəkil şərti bədən vəzifəsini görür.

Axşam namazının fərzi üç rükətdir və bunun dörd qılınması halında, şəkil cəhətdən, əməl batil olar. O dörd rükətlik namazın şəkilləndiyini, təcəssüm etdiyini düşünün, ona kimsə axşam namazı deməz. Eyni şəkildə, ramazan orucunun şəkil şərti, imsaqla başlayıb, günəşin batmasıyla sona çatmasıdır. İmsaqdan sonra başlayıb, şama qədər davam edən bir aclığa "oruc" deyilməz. Şəkil cəhətdən o, orucdan fərqli bir şeydir. Deməli, əməllərdə şəkil şərti də əhəmiyyətlə diqqətə alınacaq, Allahın razı olduğu tərz necədirsə əməllər ona uyğun olaraq ediləcək.

Şəkil şərtinin yerinə yetirildiyi ibadətlərdə, adam məsuliyyətdən qurtulur. Ancaq o ibadətdən alacağı feyz və onunla qazanacağı mənəvi kamal, əməlin ruhu olan ixlas nisbətindədir.

Saleh əməl üçün Nur Külliyyatında verilən çox əhəmiyyətli bir tərif belədir:

"İmana aid biliklərdən sonra ən lazım və ən mühüm amalı-salehədir. Saleh əməl isə, maddi və mənəvi hüququ-ibada təcavüz etməməklə, hüququllahı da bihaqqın ifa etməkdən ibarətdir." Məsnəvi-i Nuriyə

İnsanların maddi və mənəvi hüquqlarına təcavüz etməmək "saleh əməl" tərifi içinə girmişdir. İlk baxışda bunun, daha çox, təqva mənasını verdiyi sanılsa da, təqva ilə saleh əməl arasında qüvvətli bir əlaqə olduğu düşünülsə, bu ifadələrin saleh əməl üçün də etibarlı olduğu dərhal aydın olar. İnsanların nə maddi, nə də mənəvi hüquqlarına təcavüz etmədən keçən bir ömür, saleh bir ömürdür.

Yalan danışmamaq təqva, doğru söyləmək saleh əməldir. İbadət etməməyi böyük bir günah görmək təqva, ibadət etmək isə saleh əməldir.

İnsanlar Allahın qullarıdırlar. Onların haqlarını tapdalamaqdan Haqqın razı olmadığı açıqdır. Kafirə belə zülm edilməsinə Rəbbimiz razı deyil. O halda, Haqqın qullarını incitməmək, onların qeybətlərini etməmək, onlara böhtan atmamaq, həsəd etməmək, canlarına, mallarına qıymamaq Haqqın razı olduğu hərəkətlər və hallar olub, saleh əməlin tərifinə daxildirlər.

"Hüququllah" deyilincə, daha çox insanın etiqad və ibadət həyatı başa düşülür. Etiqadı səhv olan bir insan, Haqqın hüququna təcavüz etmiş olacağı kimi, inancına görə yaşamayan və Haqqın əmrlərinə uymayan bir insan da hüququllaha riayət etməmiş olar.

Etdiyi üsyanlarla başqalarına pis nümunə olmaq isə həm hüququllaha riayətsizlikdir, həm də qul haqqına təcavüzdür.



26-04-2011 12:00:00