Ana səhifə

Əməntu Nədir, Əməntuda Yer Alan İman Əsasları Nələrdir?


YazdırSend to friend

Əməntu, İslâm dininin iman əsaslarını ana xətləriylə ifadə edən termindir. Ərəbcədə əmənə felinin birinci şəxsinin təki olan və “inandım” mənasına gələn Əməntu, Qur`an'da üç yerdə, söz sahibinin imanını açıqlayarkən işlətdiyi bir ifadə olaraq keçər.(bax. Yûnus Surəsi, 190; Yâsîn Surəsi, 36-25; Şûrâ Surəsi, 42/15.)

Şûra sûrəsində doğrudan doğruya Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'ə “Əməntu” deməsi əmr edilir. Buna əsasən Əməntunun Qur`an'da yer alan bir termin olduğunu söyləmək mümkündür.

Əməntu, hər Müsəlmanın inanması, qəbûl edib təsdiq etməsi fərz olan îman əsaslarından ibarətdir.

Əməntu'da yer alan îman əsasları 6'dır və bunlardır:

1. Allah'a inanmaq,

2. Mələklərinə inanmaq,

3. Kitablarına inanmaq,

4. Peyğəmbərlərinə inanmaq,

5. Âxirət gününə, öldükdən sonra dirilməyə inanmaq,

6. Qədərə, xeyir və şərrin Allah'dan olduğuna inanmaq.

Əməntu'nun ifadəsi belədir:

Əməntu billəhi va mələikətihî və kutubihî və rusulihî vəl-yəvmil-əxiri və bil-qədəri xayrihî və şərrihî minallahi təâlə vəl-ba'su ba'dəl-məvt haqqun əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhû və rəsûluh.


Mənâsı is belədir:

Əməntu billəhi:
Mən Allah'ın varlığına, (bir)liyinə, tayı və bənzəri olmadığına, bütün ucalıqlara sahib və hər cür nöqsanlardan münəzzəh olduğuna inandım.

Və mələikətihî:
Allah'ın mələklərinə də inandım.

Və kutubihî:
Allah'ın Kitablarına da inandım.

Və rusulihî:
Allah'ın Peyğəmbərlərinə də inandım.

Və'l-yəvmil-əxiri:
Âxirət gününə də inandım.

Və bil-qədəri xayrihî və şərrihî minallahi təâlə:
Qədərə də, bizə yaxşılıq və pislik,xeyir və şər olaraq görünən her şey'in Allah'ın elmi, qanunu və yaratmasıyla olduğuna da inandım.

Və'l-ba'su ba'də'l-məvti:
Öldükdən sonra dirilməyə (və diriləcəyimə) də bütün qəlbimlə inandım. Hamısı haqq və gerçəkdir.

Əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhû və rəsûluh:
Mən şəhâdət edirəm ki, Allah'dan başqa heç bir ilâh və həqiqî məbud yoxdur və yenə şəhadət edirəm ki, Hz. Muhamməd, Allah'ın qulu və peyğəmbəridir.

Bu son cümləyə Kəliməyi Şəhadət, yəni, şəhadət cümləsi deyilir.



22-06-2015 12:00:00