Ana səhifə

Ən Karlı Və Gerçək Ticarət; Nəfs Və Malını Cənabi-Haqqa Satmaq.


YazdırSend to friend

    Dünya haqqında, hamısı da gözəl amma bir-birindən fərqli bənzətmələr var; bunlardan biri də "ticarətgâh."

"Şübhəsiz ki, Allah möminlərdən nəfs və mallarını cənnət qarşılığı olaraq satın aldı ..." (Tövbə, 111) ayəsi bu ticarəti xəbər verir.

   Nəfs, daxildəki bütün nemətləri, mal da xarici nemətləri ifadə edir. Yəni, nəfs "əsli, mahiyəti" mənasına gəlir və nəfs deyilərkən göz və qulaqdan, ağıl və qəlbə qədər hər cür maddi və mənəvi cihazlar başa düşülür. Bütün bunları Allahın razı olduğu çərçivədə istifadə etmək insanı əbədi bir səadətə qovuşdurar.

    Dünya bir ticaretgah, yəni ticarət yeri, ticarət mənzili. Dünyamızın bu cəhəti üzərində bir az düşünək:

    "Ticarət" deyildiyində, ilk olaraq "qazanc" ağla gəlir. Qazanc da ikiyə ayrılar: Maddi və mənəvi. Pul qazanmaq maddi bir qazancdır, könül qazanmaq isə mənəvi. İş yerlərini artırmaq kimi, bilgisini, elmini artırmaq da insan üçün bir qazancdır; birincisi maddi, ikincisi isə mənəvi.

    İnsanın ruhu bədənindən üstün olduğu üçün, mənəvi qazanclar da maddi qazanclardan daim öndə gedir və ya getməlidir.

   Aldığımız qidalar bədənimizdə hüceyrə olar, bir müddət bizə xidmət edər və sonda bədənimizi tərk edib gedərlər. Əvəzinə yeniləri gələr. Lakin öyrəndiyimiz şeylər elə deyil. Onlar ruhumuza mal olur, onun bir parçasına çevrilir, yaddaşımıza yerləşirlər; yeni şeylər öyrəndiyimiz zaman onlar yenə varlıqlarını davam etdirirlər.

    O halda, gerçək sərmayə ruha qoyulan sərmayədir. Ruh əbədi olduğu üçün ona mal olanlar, yəni ruhun mənimsədiyi da əbədidir.

   Bilgi ağılın qidasıdır. İnsan qida aldıqca orqanzmi sağlamlaşdığı, böyüyüb inkişaf etdiyi kimi bilgisini artırdıqca da ağılı inkişaf edər. Dünən anlamadıqlarını bu gün anlamağa başlayar. Dünən, tab gətirə bilmədiyi ağır mövzular bu gün ona asan gələr. Eynilə bir uşağın kiçik yaşda yerindən tərpədə bilmədiyi bir daşı, böyüdüyündə asanlıqla əlinə alıb havaya qaldırması kimi.

     İnsanın məna aləmində də inkişafı, böyümələri, tərəqqiləri olur.

   İnsanın tərəqqisində ən böyük və ən əhəmiyyətli sahə onun qəlbidir. Ən üst səviyyədə yüksəlişlər və yenə ən böyük eniş və çöküşlər bu sahədə cərəyan edər.

    Qəlb iman yeridir, imanın isə sonsuz dərəcələri var.

   Bildiklərimiz bizi xətalardan qoruduğu kimi, imanımız da həyatımızın hər mərhələsində bizə yol göstərər; çətinlikləri aşmağımızda, problemlərin öhdəsindən gəlməyimizdə, çarəsizliyə düşməyib ümidlə yaşamağımızda bizim üçün ən böyük qüvvət qaynağı olar.

   "İman bir intisaptır." (Sözlər) İnsanın mənəvi tərəqqisində və ruhani zövqlərində bu intisabın (mənsub olma, bağlanmaq) əhəmiyyətli bir yeri vardır.

    Xalq arasında maraqlı söhbətlər keçər:

    Biri, 'Mənim babam,' deyər, 'Sultan Əzizin sarayında üç gün qonaq qalmış.'

    Bir başqası, 'Mənim babam Cavad Xanın əsgəri olmuş,' deyə öyünər.

   Sultan Əzizə müsafir olmaq, yaxud Cavad Xana əsgər olmaq bir insanın nəvəsinə belə şərəf qazandıra bilir. Halbuki, hər bir insan bu möhtəşəm kainatın sahibinin müsafiri və yer üzündə O`nun xəlifəsidir. Və yenə, hər insan Allahın qulu, Onun ən üstün məxluqu, ən mükəmməl əsəridir.

   İnsanın tərəqqi səfərində imandan dərhal sonra ibadət gəlir. İbadət etmək yalnız bir qulluq vəzifəsi deyil, eyni zamanda insan üçün böyük bir şərəfdir.

   İnsan ibadət vasitəsilə Rəbbi ilə həmsöhbət olur. Bu isə ən böyük məqam, ən mənfəətli bir qazancdır.

 أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

"Yaxşı bilin ki, qəlblər ancaq Allahı zikr etməklə tətmin olar (rahatlıq tapar, qane olar)". (Rəd surəsi, 28)

     Allahı xatırlamağın ən yüksək dərəcəsi namaz olduğuna görə bu ayəni, "Qəlblər ancaq namaz qılmaqla tətmin olar," şəklində də anlaya bilərik.

    Səfeh və əxlaqsız insanlar, iman və ibadətlə qane etmədikləri qəlblərini əyləncələrlə, eyş-i işrətlə, zövq-səfa ilə doyurmağa çalışırlar. Məlumdur ki, hər insan dünya zövqlərini kifayət qədər dadacaq imkanlara sahib deyil. Və yenə bütün insanlar qocalır, xəstələnir və ölürlər. Onları gəncliklərində əyləndirən bu zövqlər, xəstəlik halında və qocalıq dövründə bir işə yaramır. Qəlb isə bu dövrlərdə təsəlliyə, rahatlıq və güvənə daha çox ehtiyac duyur. Elə isə əyləncə və eyş-i işrət davamlı bir çarə deyil, bir qurdalanmaqdır, həqiqətlərə göz qapamaq və özünü aldatmaqdır.

    Gerçək səadət ancaq iman və ibadətlə əldə edilər.

   İnanan bir insanın ruhuna sevinc verən, onu yüksəldən, tərəqqi etdirən səbəblər sonsuz deyiləcək qədər çoxdur. Bir neçəsini dərhal ərz edim; bunlara yenilərini əlavə edə bilərik:

1.Allahın ən mükəmməl əsəri olmağın zövqü.

2.Dünyada digər canlıların onun, yəni insanın xidmətinə verilmiş olmasının zövqü.

3.Xəstəliklərin günahlara kəffarə olub insanı mənən tərəqqi etdirdiyini bilməyin zövqü.

4.Ölümün yoxluq, heçlik olmayıb bu dünyadan daha gözəl bir aləmə köçmək olduğunu bilmənin zövqü.

5.Ruhun əbədi olub, həyatını qəbirdə də, məhşərdə də, axirətdə də davam etdirəcəyini düşünməyin zövqü.

   Bütün bu mənəvi həzzlər və ləzzətlər heç bir dünya neməti ilə müqayisə edilməyəcək qədər qiymətlidir, böyükdür.

   Bütün bunlar qəlbin, ruhun, vicdanın zövqləridir və bunlar bədənlə alınan ləzzətlərdən çox irəlidədir.

    Bu var ki, namaz qılan insanın bədən yolu ilə aldığı zövqlər də ülviləşərlər və bir başqa hala girərlər. Məsələn, yemək yeyən bir möminin aldığı qidalar bədəninə mal olarkən, onları təfəkkür etməsi də ruhuna qüvvət verər.

   İnsan, torpaq yeyə bilməz, sadəcə su içməklə qarnı doymaz, günəşdə oturmaqla da mədəsinə bir şey girməz. Hava alması da onun kimi. Amma Cənab-ı Haqq, suyu, torpağı, günəş işığını və bir qisim elementləri ağac fabrikinə salır və ondan meyvələr çıxarıb bizə təqdim edir.

   Bizə meyvələrini uzadan o ağac da bir müddət öncə yox idi. O da torpaq fabrikinin bir meyvəsi kimi.

   Bu düşüncəmizi bir az genişləndirsək, ətrafımızdakı hər ağacın, hər heyvanın və nəhayət hər insanın bu kainat fabrikinin bir məhsulu və bu kainat ağacının bir meyvəsi olduğunu görərik.

    Dünyamız, dünən günəşdən qopmuş bir atəş parçası ikən bir tərbiyədən keçərək torpaqla, su ilə doldurulmuş. Dünənin torpağı, suyu bu gün insan olmuş, meyvə olmuş. Və bu insan o meyvəni yeməkdədir

    Bu düşüncəylə, kâinatı bir saray, özümüzü də o sarayda Allah'ın ən şərəfli bir qonağı olaraq görürək. Belə bir baxış tərzi, ruh üçün böyük bir səadətdir.

    Son olaraq əhəmiyyətli bir nöqtəni da xatırlayaq: Bədən kimi, ruh da yorulur. Onu da sıxıntıya salan, üzən, yoran, taqətdən salan, ümidlərini alt-üst edən, dünyaya baxışını qaraldan necə hadisələr vardır. Namaz qılan insan bütün varlıq aləmini Allah'ın tərbiyə etdiyini xatırlayar, hər şeyi O'nun sənəti, O'nun məxluqu, O'nun mülkü bilər. Ruhunda bütün bu mülk aləminin Malikinə sığınmağın, 'ancaq ona ibadət edib yalnız ondan kömək istəməyin' mənəvi gücü hakim olduqda isə, dünən altından qalxa bilmədiyi hadisələrin indi öhdəsindən gəlməyə başlayar.

    Bütün hadisələri dünya imtahanının bir sualı olaraq qəbul edər. Gecədən da gündüzdən da ayrı faydalar əldə edən, qazanan bir çiçək kimi, dünyanın səfa verici hallarından da sıxıntılarından da fərqli səmərələr götürər.

   Xoşuna gələn hadisələr bir yandan ruhunu şükrə sövq edərkən, gücü çatmadığı məsələlər onu sığınmağa, təsbeh (subhanəllah) və təkbirə (Allahu Əkbər) götürər.

   Allah'ın o sonsuz qüdrəti ilə, bu sonsuz işləri necə də ən asan bir şəkildə icra etdiyini düşünər.

   Müvəffəqiyyət üçün görməsi lazım olan ilkin işləri layiqincə yerinə yetirdikdən sonra Allah'a təvəkkül edər.

   Bu hal, ruh üçün böyük bir rahat və səadət mənbəyidir.

Müəllif: 


16-02-2017 07:46:38